"Sağ bud əzələmdə yırtıq olduğu aşkarlandı”-Diniyev

30.10.2015 | 2934 dəfə oxunub

“İki həftədən çoxdur ki, komandadan kənarda qalmışam. Məşq vaxtı zədələndim, müayinədən keçdim. Sağ bud əzələmdə yırtıq olduğu aşkarlandı”. Stadium.az xəbər verir ki, bu sözlər “Kəpəz”in futbolçusu Kərim Diniyevə məxsusdur.

Çıxış etdiyi klubun mətbuat xidmətinə açıqlama verən yarımmüdafiəçi müalicə prosesinin gedişi haqda danışıb: “Hazırda müalicə olunuram. Həkimlərin dediyinə görə, bir həftəyə, maksimum 10 günə məşqlərə başlaya biləcəyəm. Hər şey yolunda gedir. Komanda yoldaşlarıma kömək edə bilmədiyim üçün isə təəssüflənirəm”.

Diniyev “sarı-göylər”in çıxışı barədə verilən suala isə bu cür cavab verib: “Üç oyundur oynamıram. Maşallah, ”Kəpəz” mənim yoxluğumda uğurlu nəticələr göstərir (gülür). “Zirə”yə qarşı matçda bəxtimiz gətirmədi, şans bizim tərəfimizdə olsaydı, qələbə qazanacaqdıq. Məncə, komandamızın vəziyyəti yaxşıdır”.

Kərim “Kəpəz”in “Rəvan”la oyun öncəsi məşq prosesində zədələnib. Öncə futbolçunun zədəsinin ağır olmadığı proqnozlaşdırılsa da, MRT müayinəsindən sonra vəziyyətin ciddiliyi üzə çıxıb. Belədə orta xətt oyunçusu məcburi istirahət götürməli olub: “Kənardan baxmaq mənim üçün nə qədər çətin olsa da, nəticələr bir o qədər sevindiricidir. Müalicəmlə bağlı evdəyəm, bununla belə, komandanın oyunlarını televiziya vasitəsi ilə izləyirəm”.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev mətbuata müsahibələrində dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Kərimin yoxluğunu komanda üçün ciddi itgi hesab etdiyini bildirib: “Hamı bilir ki, əvəzolunmaz futbolçu yoxdur, təkrarolunmaz futbolçu var. Heyətdə mənim mövqeyimdə oynaya biləcək futbolçular var, onlar da canla-başla meydanda mübarizə aparırlar. Yoxluğum son üç oyunda kollektivə təsir etməyib. Komanda yaxşı futbol sərgiləyir, nəticələr qazanır. Belə davam etmək lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail