"Xəzər Lənkəran" 33-cü dəfə AZAL-la üz-üzə STATİSTİKA
“Xəzər Lənkəran” Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18-də doğma meydanda AZAL klubu ilə qarşılaşacaq.
Stadium.az xəbər verir ki, “ağ-yaşıllar” bununla da “təyyarəçilər”lə 33-cü dəfə üz-üzə gəlmiş olacaqlar. İndiyə qədər keçirilən 32-oyunda komandamız paytaxt təmsilçisinə 16 dəfə qalib gəlib və yalnız 6 oyunda məğlub olub. Qalan 10 oyunda isə qalib müəyyənləşməyib.
Cütlüyün qarşıdurmalarında ümumi top fərqinə görə də “Ağ-yaşıl”ların təqribən ikiqat üstünlüyü var.
“Xəzər Lənkəran” – AZAL 41:25
*************
Kubok oyunları.
Komanda paytaxt təmsilçisi ilə 4-kubok oyununda qarşılaşıb. 2007/08 mövsümündə kubokun ¼ final mərhələsində “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə məğlub olsa da “Fırtınalar meydanı”nda bunun əvəzini iki topla çıxaraq yarımfinala adlaya bilib. Növbəti dəfə komandalar kubok yarışmasının 2009/10 mövsümündə finala vəsiqə qazanmaq üçün yarım final mərhələsində üz-üzə gəliblər. Paytaxtda baş tutan oyunda qeydə alınan 1:1-lik heç-heçədən sonra Lənkərandakı matçda “Ağ-yaşıl”lar 2:1-hesabı ilə qalib gələrək finala gedən yolda sonuncu səddi aşa biliblər. Kubok oyunlarında cütlüyün top fərqi belədir:
“Xəzər Lənkəran” – AZAL 5:3.
**************
“15-minlik stadion, 14999+SƏN”
Qeyd edək ki, “Fırtınalar meydanı”nın tribunalarına 15.000-azarkeşin toplanması ilk dəfə AFFA-nın rəsmi protokoluna (o vaxtlar hələ PFL yox idi) 2007/08 mövsümündə ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində 2008-ci il martın 20-də keçirilən məhz “Xəzər Lənkəran” – AZAL (o vaxtlar “Olimpik”adlanırdı) oyununda qeyd olunmuşdu. Onu da əlavə edək ki, həmin qarşılaşmanın afişalarını “12-ci oyunçu” öz hesabına hazırlamış, bütün Lənkərana yayaraq stadionun tribunalarını tam doldura bilmişdi. “12-ci oyunçu” MFK özünə məxsus olan “15-minlik stadion, 14999+SƏN” layihəsini də ilk dəfə elə həmin oyunda uğurla həyata keçirə bilmişdi. Beləliklə, cütlüyün statistikasına bunu da əlavə etmək olar ki, tribunalarda 15.000-azarkeşin toplanması ilk dəfə məhz bu komandaların 20.03.2008 tarixində baş tutan oyununda rəsmi protokolda qeyd olunmuşdur və 15.000-lik azarkeş davamiyyətinin ilk rəsmi təsdiqinə də məhz “12-ci oyunçu”nun səyləri ilə nail olunmuşdu.
Çempionat oyunları.
Okyabrın 18-də “Fırtınalar meydanı”nda keçiriləcək oyun “Xəzər Lənkəran”ın paytaxt klubu ilə qarşılaşacağı 29-ci çempionat matçı olacaq. İndiyə qədər baş tutan 28-çempionat oyununda komandanın 14-qələbəsi vardır. Qalan 14-oyunun 5-də paytaxt klubu 3-xala sahib çıxıbsa daha 9-qarşılaşmada komandalar sülhlə ayrılıblar. “Xəzər Lənkəran” çempionat qarşılaşmalarında AZAL-ın qapısına 35-dəfə yol tapıbsa, öz qapısında cəmi 22-top görüb.
Böyük hesablar.
Yarandığı gündən bəri “Xəzər Lənkəran” komandası paytaxt klubunu 2-dəfə 3:0-lıq böyük hesabla məğlub edib. Hər iki darmadağın Mirça Rednikin baş məşqçiliyində qeydə alınıb.
“Adı adlara qalıb”…
Onu da əlavə edək ki, bir neçə dəfə adını dəyişən AZAL, indiyə qədər “Olimpik” həmçinin “Olimpik Şüvəlan” adları ilə də çıxış edib.
**************
Aşağıda “Xəzər Lənkəran”ın AZAL klubu ilə keçirdiyi bütün oyunların statistikası təqdim olunur:
2005/06 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” 0:2
“Xəzər Lənkəran” – “Olimpik” 1:0
2006/07 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” 1:2
“Xəzər Lənkəran” – “Olimpik” 3:2
2007/08 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” 0:0
“Xəzər Lənkəran” – “Olimpik” 0:0
Azərbaycan kuboku, ¼ final mərhələsi
“Olimpik” – “Xəzər Lənkəran” 1:0
“Xəzər Lənkəran” – “Olimpik” 2:0
2008/09 mövsümü
“Olimpik” – “Xəzər Lənkəran” 0:1
“Xəzər Lənkəran” – “Olimpik” 0:0
2009/10 mövsümü
“Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran” 1:0
“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan” 2:1
Azərbaycan kuboku, yarımfinal
“Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran” 1:1
“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan” 2:1
2010/11 mövsümü təsnifat mərhələsi
AZAL – “Xəzər Lənkəran” 0:1
“Xəzər Lənkəran” –AZAL 2 : 1
2010/11 mövsümü final mərhələsi
AZAL – “Xəzər Lənkəran” 1 : 0
“Xəzər Lənkəran” –AZAL 3 : 0
2011/12 mövsümü təsnifat mərhələsi
AZAL – “Xəzər Lənkəran” 0 : 3
“Xəzər Lənkəran” –AZAL 1 : 0
2012/13 mövsümü təsnifat mərhələsi
AZAL – “Xəzər Lənkəran” 0 : 2
“Xəzər Lənkəran” – AZAL 1 : 2
2012/13 mövsümü final mərhələsi
“Xəzər Lənkəran” – AZAL 1 : 1
AZAL – “Xəzər Lənkəran” 2 : 0
2013/14 mövsümü I dövrə
AZAL – “Xəzər Lənkəran” 1 : 3
2013/14 mövsümü II dövrə
“Xəzər Lənkəran” – AZAL 1 : 1
2013/14 mövsümü III dövrə
AZAL – “Xəzər Lənkəran” 2 : 2
2013/14 mövsümü IV dövrə
“Xəzər Lənkəran” – AZAL 1 : 1
2014/15 mövsümü I dövrə
AZAL – “Xəzər Lənkəran” 1 : 1
2014/15 mövsümü II dövrə
“Xəzər Lənkəran” – AZAL 1 : 1
2014/15 mövsümü III dövrə
AZAL – “Xəzər Lənkəran” 3 : 1
2014/15 mövsümü IV dövrə
“Xəzər Lənkəran” – AZAL 1 : 0
12cioyuncu.info
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |