Yaşar Seyidov açıqladı: "Bakı" lisenziya ala biləcək? - MÜSAHİBƏ

18.05.2015 | 12073 dəfə oxunub

"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov "Het-trik news" qəzetinə müsahibə verib. Stadium.Az xəbər verir ki, Yaşar müəllim söhbətəqəza"dan başlayıb:

- Komanda səhər tezdən Zaqatalaya yollanmalı idi. Amma avtobusda olan nasazlıq üzündən oyuna gedə bilmədik. Avtobusun qəzaya düşməsi ilə bağlı yayılan xəbərlər şayiədir. Məcburiyyət qarşısında PFL-ə oyunun təxirə salınması ilə bağlı müraciət etdik. Lakin mənfi cavab aldıq.

- Bəs, qəza söhbəti haradan çıxdı?

- Görünür, bizi düzgün başa düşməyiblər. Qəza yox, avtobusda texniki nasazlıq baş verib. Oyuna çata bilməyəcəyimizi nəzərə alaraq yola çıxmamışıq. Fikrimcə, bunu o qədər şişirtməyə ehtiyac yoxdur.

- Komandanın neçə avtobusu var?

- Uzaq yola çıxmaq üçün 2 avtobusumuz var. Bildim nəyə işarə vurursunuz. Məsələ burasındadır ki, həmin gün axşam əsas komanda da Zaqatalaya getməli idi. Əgər onların avtobusu əvəzediciləri aparsaydı, əsas komandanın gedişi üçün problem yaranacaqdı. Zaqatalaya 6-7 saatlıq yoldur. Əgər oyun Qəbələdə olsaydı, çatdıra bilərdik. Əsas komandanın problem yaşamaması üçün məcbur olub əvəzedici komandanı səfərə göndərmədik.

- “Bakı"ya gələn mövsüm Premyer Liqada iştirak üçün lisenziya verilmədi.

- Həftənin 1-ci günü Apelyasiya Komitəsinə müraciət edəcəyik. Lisenziya üçün hər bir klub 5 əsas kriteriyaya cavab verməlidir. Bütün meyarlarla bağlı sənədləri təqdim etmişik, hamısı qaydasındadır. Problem bank zəmanəti maliyyə meyarları ilə bağlıdır. Sosial Müdafiə Fonduna vergi orqanlarına borcumuzun olmaması ilə bağlı sənədlərin hazırlanmasında çətinliklərimiz var. Danışıqlar aparılır, ayın 18-ə kimi bu məsələləri yoluna qoya bilsək, lisenziya almaqda hansısa maneə görmürəm. Sosial müdafiə vergi orqanlarından çox şey asılıdır. Əgər onlar klubun borclarının müəyyən müddətə bağlanmasına razı olsalar, düşünürəm ki, problem həllini tapacaq.

- Sadalananları həll edə bilsəniz, AFFA-nınBakı"ya lisenziya verəcəyinə inanırsınız?

- Sənədlər qaydasında olandan sonra AFFA-nınBakı"ya lisenziya verməyəcəyinə inanmıram. Qaydasında olmayacaqsa, o halda danışmağa dəyər.

- Klub lisenziya alsa belə, bu, o demək deyil ki, gələn mövsüm Premyer Liqada mütləq çıxış edəcək? Axı, reqlamentdə komanda sonuncu yeri tutduğuna görə aşağı dəstəyə göndərilir.

- Birincisi, gələn mövsümdə çempionatın reqlamentini İcraiyyə Komitəsi təsdiq etməlidir. İK təsdiqləməlidir ki, hansı komandalar Premyer Liqada iştirak edəcəklər. Lisenziya almaq heç Premyer Liqada iştirak etmək demək deyil. Reqlamentə gəlincə, onsuz 1-ci dəstədədə reqlament pozulub. Qaydalara görə orada ilk 2 yerin sahibi yüksək dəstəyə vəsiqə qazanmalıdır. O biri komandalara göz yumulursa, “Bakı"ya da güzəştlər olmalıdır. Əgər hər şey qayda-qanun çərçivəsində olacaqsa, obyektivlik qorunacaqsa, o halda deyiləsi sözümüz yoxdur. Heç bir idman strukturu olmayan komandanın lisenziya alıbBakı"nın kənarda qalması dərəcədə doğrudur? Bu boyda bazası, idman infrastrukturu, uşaq futbol məktəbi olan klubun çempionatdan kənarda qalmasını heç idman ictimaiyyəti yaxşı qarşılamaz.

- SöhbətKəpəz"dən gedir?

- Yox, bu sözləri ümumi işlətdim. Həmişə demişəm, mən futbol adamıyam, istənilən kəslə futbol dilində danışmağa hazıram hamıya bildirirəm ki, Yaşar Seyidov kiminsə yox, özünün adamıdır. Sadəcə, qanun pozulursa buna göz yumulursa, başqalarına qarşı da mövqe dəyişməlidir. Hələlik baş verən prosesləri izləyirik, əsas da sənədləri hazırlayıb lisenziya məsələsini həll etməyə çalışırıq. ƏgərBakı" lisenziya alaraq Premyer Liqada iştirak edə bilməyəcəksə, o halda xüsusi bəyanatla çıxış edəcəyik, proseslərə münasibət bildirəcəyik.

- Yaşar müəllim, bir qədərdə klubdakı maliyyə problemləri ilə bağlı danışaq. Deyəsən, vəziyyət sabit ağır olaraq qalmaqdadır.

- Əvvəlcə bir məqam barədə fikrimi bildirim. Çoxları, hətta mətbuat da iddia edir ki, “Bakı"nın futbolçularının maaşlarını AFFA ödəyir. Bu, kökündən yanlış fikirdir. Məsələ burasındadır ki, klub bu mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya alanda AFFA-ya bank zəmanət məktubu təqdim edib orada 500 min manat məbləğ göstərilib. Yəni, əgər maaşların verilməsində problem yaranarsa, bankda saxlanılan pulların hesabına borclar bağlanacaq. İndi klubda maliyyə problemləri yarandığından həmin bank zəmanət məktubu aktivləşib. Bu isə o deməkdir ki, özünün yox, məhz kluba məxsus pullarla AFFA futbolçuların məşqçlərin maaşlarını verir. Hazırdaİnter" Simurq"da da maliyyə problemi olduğundan xəbərdarıq. Futbolçuların maaşlarının ödənilməsində gecikmələr var əgər klub həmin borcları ödəyə bilməyəcəksə, o halda onların da bank zəmanət məktubları aktivləşəcək.

- Bir müddət əvvəl klubun digər borclarının AFFA tərəfindən ödənilməsi həmin zəmanətə daxil idi?

- Bu tamam başqa məsələdir. Biz həmişə AFFA-nın klubumuza verdiyi dəstəyi qiymətləndirmişik. Federasiya iləBakı" arasında yaxşı münasibətlər var gələcəkdə tərəfimizdən bunun qorunmasına çalışacağıq. Doğrudur, bir müddət əvvəl AFFA Leviqa Tomovskiyə olan borcumuzu ödədi. Həmin vaxt pul yox idi AFFA-nın bu addımını yüksək qiymətləndiririk. Amma həmin pullar sonradan AFFA-ya qəpiyinə kimi qaytarılıb. Bundan başqa klubun kommunal borclarını ödəyə bilmədiyi vaxtlarda da AFFA işə qarışdı bizə kömək etdi. Bu gün hamı təbii ot örtüklü meydanların azlığından şikayət edir. “Bakı"nın meydanı təbii öt örtüklüdür süni"dən fərqli olaraq onların saxlanması üçün böyük vəsait tələb olunur. Kommunal borclar ödənilməsəydi, həmin meydanlar indi pis günə düşəcəkdi. Düzdür, AFFA həmin vaxt bizə kömək elədi borclarımızı ödədi. Biz həmin pulları federasiyaya qaytarmadıq. Əvəzində AFFA-nın yerli beynəlxalq yarışlarında məhz bu meydanlardan bazamızdan istifadə olundu. Ödəniş olmasa da, göstərdiyimiz xidmətlərlə həmin borcları bağlaya bilmişik. Uzağı az məbləğdə borcumuz qala bilər.

- Əgər çempionatın əvvəlindəAraz Naxçıvan" birincilikdə iştirakdən imtina etməsəydi, AFFA-nınBakı"ya qayğı göstərəcəyinə inanardınız? Fikrimcə, AFFA bunlarıBakı"nın daAraz Naxçıvan"ın aqibətini yaşamaması üçün etdi. Əks halda avrokuboklardakı yerlərdən biri əlimizdən alınacaqdı...

- Bu gün biz AFFA-ya, AFFA bizə qarşı hansısa iddia ilə çıxış eləmir. Bayaq da qeyd etdim ki, federasiya ilə isti münasibətlərimiz var həmişə bu münasibətlərin qorunmasına çalışacağıq. Bizə edilmiş yaxşılıqları heç vaxt unutmarıq. Amma biz lazım olanda etdiyimiz yaxşılıqları ortaya qoymalıyıqBəxtiyar Vahabzadənin bir sözü var - yol həm getmək, həm qayıtmaq üçündür. AFFA bizə əl tutubsa, bunu iləsə bağlamaq düzgün çıxmaz. Çünki biz lazım olanda kömək əlimzi uzatmışıq onu şəxsi mənafeyimizlə əlaqələndirməmişik. “Bakı" futbol klubu sıradan klub deyil. “Bakı"nın etdikləriniQəbələ"ni çıxmaq şərtilə yaxın 5 ildə heç bir klub ortaya qoya bilməz. İndiki vəziyyətdəBakı" aşağılamıq, haqqında haqsız, həqiqətə uyğun olmayan fikirlər bildirmək olmaz. Uinston Çörçilin bir sözü var - Böyük İngiltərə naminə düşmənimlə yola getməyə razıyam. Futbol naminə bu günBakı" klubu Yaşar Seyidov düşmənləri ilə yola getməy razıdır.

- Bizdə belə bir məsəl var: “İşinin xatirinə ayıya dayı demək"...

- Mən heç kimə dayı demək fikirində deyiləm. Ancaq bizə edilən yaxşılıqları deməyə borcluyam. Bu günBakı"nın çətin vaxtlarında dost düşmənlərimizi tanıdıq.

- Hansı çoxdur?

- Əlbəttə dostlar.

- Yaşar müəllim, mətləbdən uzaq düşdük. “Araz Naxçıvan"la bağlı suala konkret cavab vermədiniz...

- “Araz Naxçıvan" çempionatda qalsaydı belə, AFFA-nın eyni hərəkət edəcəyini düşünürəm.

- Lisenziya məsələsinə qayıdaq. Yəqin ki, Hafiz Məmmədov vəziyyətdən xəbərdardır.

- Dünən (srağagün - İ.T.) Hafiz müəllimlə 3 saata yaxın görüşümüz oldu. Klub prezidenti kimi vəziyyətdən xəbərdardır. Müəyyən məsləhət tövsiyyələrini verdi. Həftənin 1-ci günü lazım olan bütün işləri görüb, sənədləri hazırlayıb AFFA-ya təqdim edəcəyik. Lisenziya verib-verməyəcəklərini isə... Əgər güzəşt varsa, onda hamıya edilməlidir.

- Son sualım - vəziyyət vaxt düzələcək? Ümumiyyətlə, düzələcəkmi?

- Məsələ burasındadır ki, “Bakı"ya borcu olanlar var. Həmin borclar qədər tez qaytarılsa, vəziyyət bir o qədər tez düzələcək. Borclularla danışıqlarımız olub, söz veriblər ki, borclarını tezliklə ödəyəcəklər. “Bakı"nın indiki vəziyyətində buna böyük ehtiyacımız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail