AFFA rəsmisi Prosineçkinin milliyə dəvət etdiyi futbolçunu tanımır - MÜSAHİBƏ
Bu gün Azərbaycan millisinin baş məşqçisi
Robert Prosineçkinin
Antalyada baş tutacaq təlim-məşq toplanışı üçün heyətə dəvət etdiyi futbolçuların
adlarını açıqlayıb. Maraqlı məqam ondadır ki, siyahıda klubsuz olaraq
göstərilən Anton Krivotçuk adlı futbolçu da var. 17 yaşlı futbolçunun indiyədək
harada oynaması və əsas milliyə gəlməsinin səbəbin aydınlaşdırmaq üçün
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl
Nərimanoğluyla danışıdıq. Mikayıl müəllimin Stadium.Az saytına müsahibəsin
təqdim edirik:
- Mikayıl müəllim, bu Anton Krivotçuk hardan çıxdı?
17 yaşlı klubsuz futbolçu barədə sizdə hansı məlumatlar var?
- Anton Krivotçuk bu ilin yanvar – yəni ötən ay
U-17-nin Antalya toplanışına dəvət olunub. Prosineçkidə onun Antalyada iki
oyunun izləyib və bəyənib. Və qərara gəlib ki, seleksiya xarakterli toplanışda
onu yoxlasın.
- Anton Krivotçukun son klubu hansı olub?
- Dəqiq adın bilmirəm, amma Ukrayna klubunda
oynayıb. Bu futbolçunu da milli komandaya U-17-nin baş məşqçisi Mirbağır İsayev
gətirib.
- Amma siz Anton Krivotçuku tanımırsız?
- Bu barədə onu deyə bilərəm ki, Antonun ailəsi
AFFA-ya müraciət edib ki, Bakıda yaşasınlar. Onun Azərbaycan millisində
oynaması üçün Ukrayna Futbol Federasiyasının icazəsi lazımdı, o da alınıb.
- Anton Krivotçuk elə dəyərli və səviyyəli
futbolçudur ki, klubsuz olduğu halda 17 yaşında əsas milliyə dəvət alır?
- Mən onun oyununu görməmişəm. Görmədiyim futbolçu
haqda da nə deyə bilərəm axı? Sadəcə olaraq bu seçim baş məşqçinin
ixtiyarındadır, o da belə qərar verib.
- İndi mətbuat yazır ki, Robert Prosineçki də
sələfi Berti Foqtsun yoluyla gedir – klubsuz futbolçuları milliyə dəvət edir...
- Bu seçim baş məşqçinin ixtiyarındadır. Özün görəndə, bunu elə Prosineçkidən soruşsaz yaxşı olar.
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |