Qurban Qurbanov: "Komanda hələ hazır deyil"
Bu gün "Qarabağ” Antalyada yoxlama oyununda Bolqarıstanın "Levski” klubuna 3 cavabsız qolla məğlub oldu. Qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Staium.Az saytının Antalyaya
ezam olunmuş müxbirinin sualların cavablandırıb:
- İlk dəqiqələrdən istədiyimiz oyunu göstərə bilmədik. Çünki topa nəzarəti itirdik. Ümumiyyətlə, ağır oyun oldu. Nəticəni də normal qəbul edirəm. Oyunçularımızın hazırlığı fərqlidir. Kimisi yaxşı, kimisi normal, kimisi isə istədiyimiz kimi deyil. Buna görə də balanslaşdırma yaxşı deyil. Səhvlər çox olduqca, işimiz də çox olacaq. Bu səhvləri aradan qaldırmaq üçün daha çox vaxta ehtiyac olacaq. Düşünürəm ki, hazırlığımız qaydasındadır. Çalışmalarımız da plana uyğun gedir. Qarşıda hələ bir həftə vaxt və 3 oyun var. Buna görə də, çalışacağıq bu müddət başa çatana kimi, tam optimal vəziyyətə gəlməsək də, buna yaxın bir durumda olaq.
- Futbolçularınzı iki penaltini vura bilmədi və məğlubiyyət sizə necə təsir etdi?
- Hər bir məğlubiyyət bizə təsir edir, hesabdan aslı olmayaraq. Penaltinin də vurulmaması üçün futbolçuya irad bildirmək olmaz. Normal haldı. Deməzdim ki, bizimkilər pis vurdu, sadəcə rəqib qapıçı bizimkindən daha yaxşı oynadı.
- Təbii ki, bu məğlubiyyət komandanızın gücü deyil. Fiziki hazırlıq yerində deyil, yoxsa oyun qura bilmir komanda?
- Çalışırıq hər oyunda nəticə üçün meydana çıxaq. Komanda ümumi olaraq hələ nə fiziki baxımdan, həm də oyun qurmaq baxımından istədiyimiz səviyyədə deyil. Bizim tam hazırlığımız çempionatda 3-4 oyundan sonra düzələcək. Ancaq bundan sonra optimal formaya düşəcəklər.
- Komanda daim rəqib müdafiəçilərin arxasına top atmaq istəsə də, bunu bacarmadı...
- Bizim oyunumuz konkret olaraq bunun üstündə qurulmamışdı. Oyundu da, olur belə şeylər.
- Matç bitdikdən sonra Namiq Yusifovla Hacı Əhmədova nəsə narazılığınızı emasional şəkildə
bildirirdiz. Nəylə bağlıydı bu?
- Narazılığımız yox, sadəcə fikirlərimi çatdırırdım onlara.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |