Premyer Liqada klubların qış hazırlıq planı - TAM SİYAHI
2014-cü il tarixə qovuşdu. Olanları unudub yeni
hədəflər uğrunda mübarizəyə hazırlaşmaq lazımdır. Azərbaycan Premyer Liqasında
yaranan fasilə klublara rahat hazırlaşmaq imkanı verir. Baxaq görək, onlar bu
fasilədən necə yararlanacaqlar?
Qarabağ
At ilinin “Qarabağ” üçün uğurlu keçdiyini demək olar. Komandamız Avropa Liqasında üzümüzü güldürməyə yaxın oldu. Ağdam təmsilçisi 2014-cü ildə də Premyer Liqada liderliyini qorudu. Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan “Qarabağ” 3-cü dövrənin hazırlıqlarını Antalyada keçəcək. Təlim-məşq toplanışı çərçivəsində Qurban Qurbanovun yetirmələri 6 yoxlama oyununda qüvvəsini sınayacaq.
Qəbələ
“Qəbələ” 2014-cü ili “ilk 6-lıq”da başa vurub. Geridə
qalan ili bölgə komandası üçün heç də uğursuz saymaq olmaz. Ölkə çempionatında
3-cü yeri tutan komanda tarixində ilk dəfə Avroliqada iştirak etmək hüququ
qazandı.
Şimallılar 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına bu gün - yanvarın 5-də start verəcək. Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq. “Qəbələ”nin legionerləri birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq səfərə yollanacaq.
İnter
“İnter” geridə qalan 16 turda yalnız bir dəfə məğlub
olmaqla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider
"Qarabağ"dan 5 xal geri qalan "bankirlər"in bu uğuru
diqqətdən yayına bilməz. Ancaq indidən danışmaq da düz deyil.
"İnter"i qarşıda uzun marafon gözləyir. Komanda 2014-cü ildə
mükafatçılar sırasına düşə bildi. Önəmlisi Avroliqada mərhələ adladı. Turnir
cədvəlinin hələlik ikincisi olan “İnter” də təlim-məşq toplanışı üçün Türkiyəni
seçib. Yanvarın2-də qonşu ölkəyə yola düşən “İnter” bir gün sonra hazırlığa
start verib.
“Neftçi”, “Xəzər Lənkəran” və “Simurq”
İkinci dövrəni 3-cü pillədə tamamlayan “Neftçi” də qış fasiləsində boş oturmayacaq. “Ağ-qaralar” iki plan üzrə hazırlaşacaq. Sabah Bakıda bir araya gələcək komanda yanvarın 10-da Türkiyəyə yola düşəcək. “Neftçi”nin artıq sınaqçı-rəqibləri də məlumdur.
“Xəzər Lənkəran”la “Simurq”un da təlim-məşq toplanışlarını Türkiyənin Antalya bölgəsində keçirəcəyini qeyd edək.
Evdə qalanlar
“Bakı”, AZAL və “Sumqayıt” isə Biləcəridən uzağa getmək niyyətində deyil.
“Bakı” klubunun qış fasiləsi zamanı keçirəcəyi
təlim-məşq proqramı hazır deyil. Klubun mətbuat xidmətinin rəhbəri İsgəndər
İsgəndərovun Publika.az-a verdiyi məlumata görə, plan tərtib olunmasa da,
məşqlərə bu gündən başlayacaqlar: “Hələ plan tərtib olunmayıb. Çünki getməyimiz
dəqiq deyil. Ancaq bu gündən etibarən məşqlər başlayır”.
AZAL Türkiyədə planlanlaşdırılan təlim-məşq toplanışını ləğv edib. Bakı klubu qış fasiləsində ölkəni tərk etməyəcək. AZAL çempionata Şüvəlandakı bazasında hazırlaşacaq. Tərlan Əhmədov toplanış müddətində yetirmələrini 5 oyunda sınayacaq. Rəqiblərin siyahısı dəqiqləşməsə də, AZAL-ın digər Premyer Liqa klubları - "Bakı" və "Sumqayıt"la qarşılaşacağı gözlənilir.
AZAL qış təlim-məşq toplanışının ikinci
hissəsini yanvarın 12-dən 24-dək Türkiyənin Antalya şəhərində keçirməyi
planlaşdırmışdı.
Premyer Liqa klublarının qış fasiləsində təlim-məşq toplanışlarının proqramını təqdim edirik.
“Qarabağ” - Antalya, Türkiyə
Müddət: 10 yanvar - 1 fevral
Hazırlıq matçları: 6 görüş
Rəqiblər
17 yanvar. Split (Xorvatiya)
21 yanvar. Sürix (İsveçrə)
29 yanvar. Mordoviya (Rusiya)
Digər üç rəqibin adına yaxın günlərdə aydınlıq
gələcək.
“Qəbələ” - Antalya, Türkiyə
Müddət: Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək
Hazırlıq matçları: 7 görüş
Rəqiblər
10 yanvar. PSV II (Hollandiya)
14 yanvar. Əskişəhərspor (Türkiyə)
17 yanvar. 2 matça çıxacaq komanda əvvəl Qazaxıstan
klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün
təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq.
“Qəbələ” yanvarın 22-si, 25-i və 29-da da sınaq
matçlarına çıxacaq. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.
"İnter" - Antalya, Türkiyə
Müddət: 3-24 yanvar
Hazırlıq matçları: 6 görüş
Rəqiblər
8 yanvar. İnegölspor (Türkiyə)
13 yanvar. Enerji (Almaniya)
14 yanvar. Kayrat (Qazaxıstan)
17 yanvar. Kasımpaşa (Türkiyə)
20 yanvar. Metallist (Ukrayna)
Toplanışda son yoxlama matçının yanvarın 23-də
keçirilməsi planlaşdırılır. Rəqib hələlik məlum deyil.
“Neftçi” - Bakı; Antalya, Türkiyə
Müddət: 6-10 yanvar - Bakı; 11-24 yanvar - Antalya
Hazırlıq matçları: 6 görüş
Rəqiblər
14 yanvar. Hajer (Səudiyyə Ərəbistanı)
17 yanvar. Fulad (İran)
20 yanvar. Quyçjou Rehne (Çin)
21 yanvar. Volın (Ukrayna)
23 yanvar. Dinamo Moskva (U-23), (Rusiya)
23 yanvar. Petrolul (Rumıniya)
"Simurq" - Antalya, Türkiyə
Müddət: 6-24 yanvar
Hazırlıq matçları: 4 görüş
Rəqiblər
15 yanvar. Partizani (Albaniya)
Digər üç rəqibin adı bəlli deyil.
“Xəzər Lənkəran” - Antalya, Türkiyə
Müddət: 6-26 yanvar
Hazırlıq matçları: 5 görüş
Rəqiblər: bəlli deyil
“Sumqayıt” - ölkə daxilində
Müddət: 11-23 yanvar
Hazırlıq matçları: 4 görüş
Rəqiblər: Bəlli deyil
17 yanvar. AZAL
Növbəti görüşlər yanvarın 14-ü, 20-si və 23-də keçiriləcək. Rəqiblər hələ ki, bəlli deyil.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |