"Kəpəz" "Qarabağ" qarşısında 9 illik həsrətə son qoya biləcəkmi?
"Qarabağ" bazar günü premyerliqanın III turunda "Kəpəz"lə qarşılaşacaq. Stadium.az xəbər verir ki, tarixini 1992-ci ildən götürən "Qarabağ" - "Kəpəz" dueli sayca 38-ci dəfə baş tutacaq (4 oyun kubokda).
Tərəflər 2006-ci ilə qədər çempionatlarda fasiləsiz 31 dəfə qarşılaşıblar (reqlamentlə əlaqədar olaraq 1993-cü ildə keçirilən 2-ci çempionatda tərəflər qarşılaşmayıblar). Ötən mövsüm elitaya qayıdan Gəncə klubuyla daha 2 oyun baş tutub.
İndiyə kimi baş tutan 33 oyunda "Kəpəz"in üstünlüyü diqqəti cəlb edir. Ağdam klubunun 12 qələbəsinin qarşılığında gəncəlilər 14 dəfə sevinən tərəf olublar. 7 görüşdə isə komandalar 1 xala razı olub.
Topların fərqinə gəlincə, "Qarabağ" vurduğu 38 qolun qarşılığında 47 dəfə məyus olub. Bu da var ki, ağdamlılar 9 ildi rəqibinə məğlub olmur. 2001-2002 mövsümündə alınmış 3:0-lıq məğlubiyyətdən sonra "Qarabağ" baş tutan 8 qarşılaşmada rəqibinə cəmi 2 dəfə 1 xal almasına imkan verib, 6 oyunu isə qələbəylə başa vurub.
Ötən mövsüm "Qarabağ" hər 2 oyunda qələbə qazanıb. İlk dövrədə Tofiq Bəhramov adına respublika stadionda baş tutmuş "ev" oyununda 3:0-lıq qələbə qeydə alınıb. Rəşad Sadiqov, Georgi Adamiya və Rauf Əliyev komandalarının mövsümdəki ilk böyükhesablı qələbələrini rəsmiləşdiriblər. Bu il fevralın 20-sində Gəncədə baş tutmuş cavab görüşündə isə Ağdam klubu Adamiyanın vurduğu yeganə qolla qələbə qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |