Gənc "Bakı"lı: "Oyunçuların keyfiyyətinin hansı səviyyədə olması önəmli deyil"

29.10.2014 | 4576 dəfə oxunub

"Bakı"nın gənc futbolçusu Vüqar Bəybəlayevin Stadium.Az saytına müsahibəsi:

- Meydana ancaq  xal üçün çıxmışdıq. Bizə qələbə çox vacib lazım idi. Şükürlər olsun ki, istəyimizə də çatdıq.

- Hakimin sənə göstərdiyi qırmızı vərəqəylə bağlı nə fikirdəsən? 

- Məncə etdiyim qayda pozuntusuna görə yox, sadəcə uca səslə qışqırdığım üçün mənə ikinci sarı vərəqə göstərdi hakim. Mən həmin an hakimə yox, özümə əsəbləşmişdim. Mənə elə gəldi ki, rəqib futbolçuya toxunmamışam. Ancaq komanda yoldaşlarım da bildirdi ki, toxunuş olub. Mənsə düşünürəm ki, rəqib futbolçu özün mənə ilişdirdi və ustalıqla yıxıldı. Yəqin ki, belə səhv etməyim təcrübəsizlikdən irəli gəldi.

- Yəni haqsız yerə qırmızı vərəqə aldığını düşünürsən?

- Öz uşaqlarımız dedi ki, toxunuş olub. Yəqin buna görə sarı vərəqə göstərildi mənə.

- Qələbə öz yerində, bəs komanda oyunundan razı qaldın?

- Bizim komanda bir ailədir. Meydana bir ailə kimi çıxıb, elə də futbol oynayırıq. Oyunçuların keyfiyyətinin hansı səviyyədə olması önəmli deyil. Əsas məsələ odur ki, ailə kimi mübarizə aparırıq. Meydana ancaq qələbə üçün çıxırıq, şükür ki, AZAL-la oyunda da bunu bacardıq.

- Bu tur “Neftçi”ylə vacib oyunda olmayacaqsan...

- Mən komanda yoldaşlarıma güvənirəm.

- Komandaya yeni gələn, daha doğrusu ikinci dəfə qayıdan Jabanın “Bakı”ya xeyri dəyəcəkmi?

- Əlbəttə! Biz onun təcrübəsindən maksimum istifadə etməyə çalışırıq. Jaba indi bizim komandada bir böyük kimi hərəkət edir. İnanıram ki, bizə xeyri çox dəyəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail