"İnter" bəyanat yaydı
Bəzi elektron informasiya vasitələrində “İnter” futbol klubunun cari ilin yanvar ayında Türkiyənin Antalya mahalında keçirdiyi təlim-məşq toplanışı zamanı “Titanik Deluxe” otelinə guya borclu qaldığı barədə məlumatlar özünə yer tapmışdır. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “İnter” PİK-in rəhbərliyi bəyan edir ki, klubun adı sadalanan otelə hər hansı bir borcu yoxdur.
Bunu otelin rəsmi nümayəndəsi də Azərbaycanın aparıcı mətbuat orqanlarından birinə açıqlamasında bildirmişdir. Qeyd etmək yerinə düşərdi ki, belə bir iddia ilə toplanışı təşkil edən AFSS şirkəti çıxış edir, bu şirkət göstərilməyən xidmətlərə görə “İnter” PİK-dən pul tələb edir. “İnter” PİK xüsusilə vurğulayır ki, klub tərəflər arasında imzalanmış müqavilə üzrə maliyyə öhdəliyini tam yerinə yetirmişdir və müqavilədənkənar əlavə iddia edilən borc məbləğini ödəməkdən imtina etmişdir. Çünki AFSS şirkətinin təqdim etdiyi aktda bir sıra pozuntular aşkarlanmış və iradlarımız qarşı tərəfə çatdırılmışdır.
AFSS şirkəti də bir neçə dəfə yeni akt göndərmiş və hər dəfə də aktda müxtəlif borc öhdəliklərinin olduğunu iddia etmişdir. Klubun aktı birgə araşdırılması təklifi AFSS tərəfindən cavabsız qalmış və yekun akt bu günə kimi imzalanmamışdır. Akt araşdırıldıqdan və imzalandıqdan sonra kimin kimə borcu olması bəlli olacaqdır.
“İnter” PİK-in rəhbərliyi AFSS şirkətinin iddialarını əsassız hesab edir və möhürsüz, eyni zamanda imzasız akt adlı kağız parçasını mətbuata sızdırmaqla “İnter” PİK haqqında mənfi imic yaratmağa çalışır. Klub rəhbərliyi toplanışın xərclərini əhatə edən yekun sənəddən başqa AFSS şirkəti tərəfindən təqdim edilən məbləği əsassız sayır və həmin şirkətin qaldırdığı iddianı “İnter”PİK-“Titanik Deluxe” oteli münasibətləri müstəvisində təqdim etməyə çalışmasını ictimai rəyi çaşdırmağa yönəlmiş cəhd kimi qiymətləndirmək olar.
“İnter”PİK həmişə ikitərəfli münasibətlərə önəm verən klub olmuşdur və qardaş Türkiyədə keçirdiyi bütün toplanışlarda maliyyə öhdəliklərini layiqincə yerinə yetirmiş, bundan sonra da yerinə yetirəcəkdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |