"Mənə verilən şanslardan maksimum yararlanmalıyam"
Premyer Liqanın VII turunun “Xəzər Lənkəran”la oyunu (1:1) “Qəbələ” Futbol Akademiyasının gənc futbolçusu Elvin Camalov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi əsas komandada ilk yubileyini qeyd edib.
10-cu matçına çıxan yarımmüdafiəçi cari çempionatda ilk, Premyer Liqada 2-ci, karyerasında 4-cü dəfə matça start heyətində başlayıb. Lakin əvvəlki 3 belə oyundan fərqli olaraq bu dəfə əvəzlənməyib. İlk dəfə 90 dəqiqə meydanda olan gənc futbolçu “Xəzər Lənkəran”la qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
“Əlbəttə ki, oyuna start heyətdə çıxmağım mənim üçün çox sevindirici, bir o qədər də məsuliyyətli idi. Hər oyuna çıxanda üzərimdə çox məsuliyyət hiss edirəm. İstər əsas heyətdə olsun, istərsə də sonradan meydana daxil olanda. Düzdür, oyun təcrübəsinə çox ehtiyacım var. Bunun üçün də hələ çox oynamalı, üzərimdə çalışmalıyam. “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşmışdıq.
Bizi qələbədən 5-6 dəqiqə ayırdı. Bu oyuna 3 xal üçün çıxmışdıq. Çox istəyirdik ki, qalib gələk. Amma qismət olmadı. Əsas heyətdə möhkəmlənmək üçün gücümü, bacarığımı ortaya qoymalıyam. Bunun üçün mənə verilən şanslardan maksimum yararlanmalıyam”.
Camalov Premyer Liqada 7, Avropa Liqasında 2, Azərbaycan kubokunda 1 oyun keçirib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |