Elvin Məmmədov: "Toplanış mənim üçün bir qədər uğursuz keçdi" - MÜSAHİBƏ
"Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədovun müsahibəsi: - Elvin, ilk öncə komandanızın Sloveniyada keçirdiyi təlim-məşq toplanışı haqda fikirlərini bilmək istərdik. - Komandanız bir sıra yeni legioneri heyətinə qatdı. Yeni gələnlərin səviyyəsi səni qane edirmi? - "Bakı"nın heyətinin 70 faizi dəyişib. Yeni komanda qurulub. Sloveniya toplanışı yeni legionerlərin komandaya uyğunlaşması baxımından da yaxşı oldu. Parksın səviyyəsinə hamımız bələdik. "Xəzər Lənkəran"da oynadığı zaman vurduğu qolları görmüşük. Verpakovskinin də səviyyəsi bəllidir. Hesab edirəm ki, oyundan-oyuna komanda daha da artıracaq. - Keçən mövsüm "Bakı" üçün uğursuzluqla yadda qaldı. Bu il isə dediyin kimi heyət daha da güclənib. Komandanın yeni mövsümdə qarşısına qoyduğu məqsəd nədir? - Bu il "Bakı" klubunun məqsədi yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bununla yanaşı təbii ki, "Bakı"nın adına layiq mübarizə apararaq, Avrokuboklara vəsiqə qazanmaq istəyirik. - Necə düşünürsən "Bakı" üçün çempionatda uğur qazanmaq çətin olmayacaq ki? Çünki digər komandalar da boş dayanmır və heyətlərini gücləndirməklə məşğuldurlar. - Çempionat uzun bir marafondur. Ona qalsa, keçən il "Muğan" dalbadal 6-7 oyun qalib gəldi. Ona görə indidən bir söz söyləmək doğru olmazdı. "Qəbələ" bir sıra güclü transferlər edib. "Turan"ın özü yeni futbolçularla güclənib. Həmin futbolçular bir az yaşlı olsalar da, hamısı çox təcrübəli və bir vaxtlar milli komandanın formasını geyinən uşaqlardır. Fikrimcə, "Turan" çox komandanın başını ağrıdacaq. Bu il çempionatın daha maraqlı olacağı fikrindəyəm. - Bu il də Azərbaycan klubları üçün Avropada uğursuzluq oldu. Bunları necə dəyərləndirirsən? AZAL növbəti mərhələyə keçməli idi. Mən "Minsk"in "Qaziantepspor"la oyununu izlədiyim. Belorusiya təmsilçisi "Qaziantepspor"dan daha güclü oynadı. AZAL isə "Minsk"dən güclü və növbəti mərhələyə keçməyə layiq idi. "Xəzər Lənkəran"ın rəqibi isə çox güclü komanda idi. Bu reallığı qəbul etmək lazımdır ki, istər Zaqreb "Dinamo"su, istərsə də "Makkabi" bizdən səviyyəcə xeyli güclüdürlər. Onlar sırf Avropa futbolu oynayırlar. Bu klubları keçmək üçün köklü işlər getməlidir. Həmin komandalar mərhələ keçmək üçün böyük sərmayə qoyurlar. 3-4 legioner almaqla qrup mərhələsinə düşmək olmaz. Bu komandalar illərlə işləyirlər və sonra bu işlərin bəhrəsini görürlər. "Qarabağ"a gəlincə, mənim sabiq komandam olub. Düzdür, səfərdə "Brügge"yə böyükhesablı məğlub oldular. Amma düşünürəm ki, Bakıda adlarına uyğun oynayıb, qələbə qazana biləcəklər. - Səncə "Brügge"yə böyükhesablı məğlubiyyətin səbəbi nə oldu? - Rəşad Sadiqovun yoxluğu öz sözünü dedi. Biz Sloveniyadan gələndə İstanbulda "Qarabağ"lı futbolçularla görüşdük. Dedilər ki, 70-ci dəqiqəyə kimi normal oynadıq. Qol buraxdıqdan sonra isə komandada ruh düşkünlüyü yaranıb. Ümumiyyətlə, qapımızda qol gördükdən sonra həvəsdən düşməyimiz Azərbaycan futbolunun ən yaralı yeridir. - "Brügge" ilə matçda Elvin Məmmədovun yeri görsəndimi? - Mən onu deyə bilmərəm axı. Onu siz jurnalistlər və futbol adamları deyə bilərsiniz. Baş məşqçi Qurban müəllim deyə bilər ki, mən orada lazım, idim, ya yox? Mən bunu heç zaman söyləyə bilmərəm. Bu özündənrazılıq, təkəbbürlülük olar. Deməli, belə məsləhət imiş ki, orda olmamışam. - Dünən 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının püşkatması keçirildi. Yəqin ki, rəqiblərimiz barəsində məlumatın var... - Həmişəki kimi çətin qrupa düşmüşük. Biz hələ o səviyyədə deyilik ki, kiməsə zəif deyək. Çünki hələ komanda olaraq özümüzü sübut edə bilməmişik. Hesab edirəm ki, çətin qrupdu. Portuqaliya və Rusiya yığmalarının güclərinə bələdik. Rusiya ilə evdə oynayıb xal almışıq. Fikrimcə, yenə bunu edə bilərik. İsrail də pis komanda deyil. Şimali İrlandiya və Lüksemburqla evdə və səfərdə oynamaq olar. Zaman göstərəcək. Bu futboldur. Elə ola bilər ki, evdəki butun oyunlarını udaraq qrup ikinciliyinə qədər yüksələ də bilərsən. |
Qol.Az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |