"Çixura"nın baş məşqçisi: "Buna görə sizdən üzr istəyirəm"
Bakıda "Neftçi"ylə qolsuz bərabərə qalan "Çixura"nın baş məşqçisi Samsun Puridze mətbuat konfransında jurnalistlərin sualların cavblandırdı:
- Gözlədiyimiz kimi, çətin və gərgin oyun keçdi. "Neftçi" güclü və bir çox titula sahib olan komandadı. Çox gözəl məşqçiləri və futbolçuları var. Bu oyunda uğur bizim tərəfdə oldu. Qol vurmaq üçün imkanlarımız oldu. Artıq oyun başa çatıb. Cavab matçına daha da ciddi hazırlaşacağıq. Cavab matçı daha gərgin keçəcək. Bir neçə dəfə Bakıda olmuşam. Azərbaycanın inkişafına heyran oldum.
- "Neftçi"nin istefada olan
vitse-prezidenti Tahir Süleymanov "Çixura"nın "Neftçi"yə
rəqib olmayacağını və sizin komandanı “Kənd komandası” adlandırmışdı Bu fikirlə bağlı nə deyə bilərsiz?
- Bu gün göstərdik ki, aşağılanası rəqib deyilik.
- Oyuna gəlmək üçün azarkeşlərə kömək
etdiniz?
- Gürcüstandan gələn azarkelərə təşəkkürümü bildirirəm.
- Cavab matçında şansları necə
dəyərləndirirsiz?
- "Neftçi" həqiqətən də güclü komandadı. Bizim komandamız onlarla müqayisə oluna bilməz. Ancaq biz sonadək mübarizə apardıq və bu gün uğur qazandıq. Bunu cavab oyununa da təkrarlayacağıq.
- Gürcü
azarkeşlər Azərbaycanın ərazi bütövlüyünə zidd olan pankart açmışdı. Buna
münasibətiniz necədi?
- Bu cür hərəkətləri psiləyirik. Azərbaycan bizim çox gözəl qonşumuzdu. Mən sizə deyim ki, onlar "Çixura"nın azarkeşləri deyildilər. Onların etdiyi hərəkətlərə görə sizdən üzr istəyirəm.
- "Neftçi" evdə
"Koper"ə məğlub olandan sonra bakılıların prezidenti mətbuata
açıqlamasında səfər matçında "Koper"i 2:0 hesabı ilə məğlub
edəcəklərini bildimişdi. Sadıq Sadıqovun növbəti yuxusundan qorxmursuz ki?
- "Neftçi"nin prezidentinin hər hansı bir yuxu görəcəyini indidən bilmədiyim üçün, bundan heç bir qorxum yoxdu.
- Bundan əvvəlki rəqibiniz - Türkiyə
"Bursaspor"u ilə ev oyununda çoxlu qalmaqal yaşanmışdı. Gürcülər
Türkiyəli jurnalistləri və azarkeşləri döymüşdü. Və yəqin bilirsiz ki, biz də
türkük. Gürcüstana gəlsək bizi də döyəcəklər, yoxsa təhlükəsizliyimizə təminat
verirsiz?
- Azərbaycan bizə yaxın ölkədi. Heydər Əliyevin qurduğu böyük bir münasibətimiz var. Bilirəm ki, Azərbaycan nümayəndələri bu cür davranış etməyəcək. Gürcüstan milləti çox qonaqpərvərdi. Həmin davanın başlanmasına "Bursaspor"un baş məşqçisi səbəb oldu. O, bizi təhqir etdi. Onların azarkeşləri bizə qəpik atırdı. Oyundan əvvəl də bizə məşq etmək üçün köhnə top vermişdilər. İnanılmaz bir şey idi. Belə bir şey görməmişik. Sizi Gürcüstana dəvət edirik və orada böyük məmnuniyyətlə sizi qonaq edəcəyik.
- Ola bilməzdi ki, onların etdiyi hərəkətə
qarşı bunun əksi olan jest edəsiz?
- Bu hadisəyə görə klubun nümayəndəsi
cəzalandırılıb. Buna görə həmin klub rəsmisi 6
ay maaş almayacaq. Bizim davranışımızı siz də gördüz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |