Mirça Rednik: "Düşünürsüz ki, biz bura məğlub olmağa gəlmişik"

14.07.2011 | 5146 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Maccabi" (Təl-Əviv, İsrail) ilə qarşılaşma öncəsi mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, Redniklə yanaşı komandamızın kapitanı Kamran Ağayev də KİV təmsilçilərinin önünə çıxıb.
"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik azərbaycanlı və israilli jurnalistlərin suallarını cavablandıraraq bunları deyib: "Siz düşünə bilərsiniz ki, biz bura məğlub olmağa gəlmişik və zəif bir komandayıq. Məncə bizim kifayət qədər güclü heyətimiz var və bu heyətlə şansımız da az deyil. Əlbəttə, "Maccabi" güclü rəqibdi, onların böyük təcrübəsi var. Biz onların gücünü qiymətləndiririk".
Rumıniyalı mütəxəssis Azərbaycan futbolunun inkişafda olduğunu deyərək, bildirib ki, bir neçə il sonra da Avropa mətbuatı Azərbaycan futbolu haqqında daha yaxşı fikirdə olacaq.
Yerli mətbuatın komandamız haqqında suallarına Rednik belə cavab verib: "Mənim komandam haqqında məlumatı gərək özünüz toplayaydınız. Bununla belə deyim ki, heyətimizdə Azərbaycan yığmasının əsas oyunçuları, Avropa Liqasında və Çempionlar Liqasında çıxış etmiş futbolçular var".
Start heyətini müəyyən edib-etmədiyi barədə suala Mirça müsbət cavab verdi: "Bəli, start heyətini tam müəyyən etmişəm. Komandada gözəl əhval-ruhiyyə var, və ümid edirəm ki, oyunçular bu motivasiyanı meydana daşıya biləcəklər".

"Xəzər Lənkəran"ın kapitanı Kamran Ağayev də ona ünvanlanan sualları cavablandırıb. İsrail mətbuat nümayəndələri qapıçıdan "Maccabi"nin hücumçularının oyununu incələdiyi barədə sual veriblər. Kamran bu suala belə münasibət bildirib: "Mən heç bir futbolçunun oyunu incələməmişəm və məncə buna ehtiyac da yoxdu. Bizim güclü baş məqçimiz var və o rəqibin oyununu tam analiz edir. O nə deyirsə, biz də meydanda onu yerinə yetirməliyik".
Kamran "Maccabi"nin güclü rəqib olduğunu bildiyini söyləyib: "Rəqib güclü olsa da, ən güclü deyil. Biz də qələbə qazanmaq istəyirik və bizim buna layiq azarkeşlərimiz var. Təəssüf ki, onlar bura gələ bilmədilər. Amma milyonlarla insan ekran qarşısında bizim üçün dualar edəcək".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail