Ağasəlim Mircavadov: "Baş aça bilmədim, Konçita qadındır, ya kişi”
Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov Avstriya təmsilçisi Konçita Vurstun "Eurovision” mahnı müsabiqəsinin qalibi olması ilə bağlı fikirlərini bildirib. Stadium.az xəbər verir ki, "Şöhrət" ordenli mütəxəssis Sportnet.az-a açıqlamasında qalibi gördükdə təəccübləndiyini deyib:
"Müsabiqəni izləmədim. Lakin sonradan "MİR” telekanalında süjetə baxdım. Qalib müğənninin saqqalını gördükdə elə bildim kişidir. Sonra dedilər ki, kişi deyil, qadındı. Axır baş aça bilmədim, o, qadındır, ya kişi”.
Təcrübəli mütəxəssisin fikrincə, belə hallar Avropaya yaraşmır: "Avropa səliqəli, mədəni yerdir. Anlamadım bunu hardan tapıb gətiriblər. Belə olmaz, bu, biabırçılıq, rüsvayçılıqdır”.
Veteran futbolçu Vidadi Rzayev isə bildirib ki, belə görkəmdə olan müğənnini qəbul etmək mümkün deyil. Onun fikrincə, Konçitanın 1-ci olması utancverici haldır: "Guya avropalaşmışıq. Yəqin bunu qəbul edənlər o cür saqqala da normal baxırlar. Ayıbdır, utancvericidir. Buna necə normal baxmaq olar?”
Rzayev onu da bildirib ki, Konçitaya 12 bal verənlərin kimliyi aydın məsələdir və o, bu birinciliyi qəbul etmir.
Gənc futbolçulardan isə "Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə danışıb. 21 yaşlı oyunçu bildirib ki, bu qalibiyyəti doğru hesab etmir: "İzləməmişəm, amma qalibə baxdım ki, avstriyalı Konçitadır, nə kişiyə oxşayır, nə də qadına. Qələbəyə layiq görmədim. Belə bir insanın qalib olması mənə çox maraqlı gəldi”. (sportnet.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |