"AFFA-dan dəvət gəlsə, gəlib milli komandada oynayaram" MÜSAHİBƏ
"Kuban"ın yetirməsi olan, hazırda "Torpedo"(Armavir) forması geyinən Təvəkkül Məmmədovu tapdıq. Gəncədə dünyaya göz açan 21 yaşlı həmyerlimiz müsahibə verdi.
- Öncə səni yaxından tanıyaq...
- Məmmədov Təvəkkül Sahib oğlu. Gəncə şəhərində anadan olmuşam. Sonradan atamın işləri ilə əlaqədar olaraq, Krasnodara köçmüşük. Ailəmiz yeddi nəfərdən ibarətdi. Valiydenlərim, dörd qardaş və bacım. Ailənin ən kiçiyi mənəm. Altı yaşımda məni “Kuban”ın uşaq futbol məktəbinə yazıdırıblar. Həmin məktəbi bitirdikdən sonra əvəzedici heyətə cəlb edildim. Meydana çıxdığım üçüncü oyunda bir qol vurub, bir də assist etdim. Bununla da əsas komandanın baş məşqçisi Dan Petresku mənim oyunumu gördü və dəvət göndərdi. Məhz həmin oyundan sonra əsas komanda ilə məşq etməyə başladım. Ardınca Rusiya yığma komandasına cəlb edildim. Çində keçirilən universiadanı nəzərdə tuturam. “Kuban”la tələbələr arasında dörd dəfə Rusiya çempionu olmuşam. Çindən gələndən sonra “Torpedo”ya icarəyə verildim.
- Bura qədərini başa düşdük. Amma bir məsələ var ki, bizim üçün çox maraqlıdı. “Kuban”ın əsas komandasıyla təlim-məşq toplanışına getmişdin. “Panduri”yə vurduğun möhtəşəm qol da yadımızdadı. Həmin vaxtdan sonra səni əsas komandada görə bilmədik. Nə baş verdi?
- Tələbələr arasında Rusiya yığmasına cəlb edildim. Yığma komandanın heyətində İspaniyaya yollanmışdım. Ona görə.
- Krasnodarda çoxlu ermənilərin yaşadığını bilirik. Bəlkə “Kuban”ın əsas komandasından uzaqlaşdırılmağında ermənilərin əli var idi?
- Düzdü, qardaş. Ola bilər.
- Qayıdandan sonra necə oldu?
- Təlim-məşq toplanışında bütün oyunları oynadım. Əsas komandanın iştirak ərizəsinə də daxil edildim. Amma sonradan “Torpedo”ya icarəyə veriləndə müqaviləni pozdum.
- Bəs indi hansı klubun futbolçususan?
- Heç bir. Azad agent statusu daşıyıram.
- Rusiyada hansısa klublardan təklif almısan?
- Hə, var. Amma “Torpedo”nun prezidenti xahiş etdi ki, yaya kimi oyna. Mən də qaldım.
- Azərbaycan klublarından necə, səninlə maraqlanan olmuşdu?
- Bir vaxtlar olmuşdu. Amma “Kuban” məni buraxmadı.
- Hansı komanda?
- “Sumqayıt”. Tələbələrdən ibarət Rusiya milli komandasının heyətində Türkiyədə Azərbaycana qarşı oynamışam. Orada baş məşqçi Rasim Abışov mənim oyunumu bəyənmişdi. Onunla tanış olduğuma görə şadam. İndi axtarıram onu. Çox yaxşı insandı. O, nə demişdisə, elə də oldu.
- Nə dedi ki sənə?
- Dedi, Rusiyada sənə dəstək olmayacaqlar. Azərbaycana getməyimi məsləhət gördü.
- İndi peşmansan gəlmədiyinə görə?
- Yox, peşman deyiləm. Allah böyükdü, qismət necədisə, elə də olacaq.
- Çoxdandı ermənilərin çox olduğu bölgələrdə oynayırsan. Nəyə görə?
- "Torpedo” “Kuban”ın farm klubu kimidi.
- Ermənilərin içində oynayırsan, özünü narahat hiss etmirsən?
- Bilirəm. Amma mən bura futbol oynamağa gəlmişəm. Mənim üçün fərqi yoxdu, komandadakılar kimdi. Heç kim mənə toxunmur, mən də toxunmuram. Təbii ki, mən Azərbaycanda doğulmuşam və azəriyəm. Ömür boyu belə olacaq.
- Xocalı hadisəsi haqda bilgin var?
- Əlbəttə.
- Bax, həmin gün nə etdin? Ermənilər həmin gün sənə sataşmadı ki? Onlara başa salmısan ki, Xocalı terror hadisəsidi və bunu ermənilər edib. Yoxsa, heç belə söhbət etməmisən.
- Açığını deyim də, qardaş. Burada elə söhbətlər heç yoxdu. Hərə öz işi ilə məşğul olur. Təbii ki, hansısa erməni, ya digər bir millətdən olan şəxs mənim millətim və dinim haqda artıq danışarsa, onun cavabını elə yerindəcə verərəm.
- Deyirsən heç Qarabağ müharibəsindən də söhbət düşməyib? Nə vaxtsa ermənilərlə mübahisən olub?
- Söhbətimiz düşüb. Amma sizi inandırım ki, özləri də bu məsələyə həssas yanaşır. Ermənilər özü də deyir ki, nə qədər günahsız insanlar qırılıb. Onlar da deyir ki, heç erməni xalqı da bu müharibəni istəməyib.
- Belə başa düşdüm ki, ermənilərin sənə olan münasibəti yaxşıdı...
- Qardaş, mənim üçün əsas ailəm və millətim maraqlıdı. Qalanı havayıdı.
- "Kuban”ın əsas komandasında niyə möhkəmlənə bilmədin? Konkret cavab istəyirəm səndən...
- Sözün düzü, gördüm ki, burada ancaq öz millətlərini qabağa çəkirlər. Ona görə də məni qabağa çəkən olmadı.
- Bəs indi nə etmək istəyirsən? Azərbaycana gələrsən?
- İnşallah, təklif olsa, gələrəm.
- “Kuban”da və ya “Torpedo”da səndən savayı, azərbaycanlı oyunçu var?
- Yox.
- Ermənilərdən xəyanət görmüsən?
- Yox.
- Onlardan kiminləsə dostluq edirsən?
- Yox, qardaşım. Mənim tək dostum Allahım, düşmənim nəfsimdi.
- Ailədə sənə dəstək olanlar var?
- Hamı. Bizim ailəmizdə hamı futbol fanatıdı. Əsasən də atam.
- Hansı kluba azarkeşlik edirsiz?
- Sözün düzü, “Qalatasaray” azarkeşiyik. Azərbaycanda isə “Qarabağ”a azarkeşlik edirik.
- Çempionatımızı izləyirsən?
- Bəli.
- Ümumi fikrin nədi?
- Çempionatın səviyyəsi yaxşıdı. Ölkə prezidentinin diqqəti sayəsində daha yaxşı olacaq.
- AFFA nə vaxtsa sənə təklif göndərib?
- Yox.
- Türkləri gətirib yığırlar milliyə. Səni necə tapmayıblar?
- Nə bilim. Amma çağırsalar, gəlib oynayaram. Fəxr edərəm ki, millimizdə oynayıram.
sportinfo.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |