"Neftçi"nin uduzmasına sevindik" MÜSAHİBƏ
"İnter"in gürcü müdafiəçisi Laşa Salukvadze Stadium.az-a müsahibə verib.
- Oyun haqda hansı fikirdəsən?
- Pis
oynamadıq. Əsas odur ki, məğlub durumda olsaq da, hesabı bərabərləşdirdik. Bu
komandanın xarakterinin nümunəsidi.
- Hər
halda qol vurmaq üçün də şanslarınız var idi.
- Düzdü,
qol vurmaq üçün şanslarımız oldu. Sadəcə sonluq olmadı. Buna səbəb də, bir az
yorğunçuluq idi. Üç gün əvvəl “Neftçi” ilə oynamışdıq. Bu dəfə isə “Bakı” kimi
güclü rəqibə qarşı oynadıq. Hamısı güc tələb edir. Düşünmürəm ki, “Bakı” ilə 1:1 oynamağımızın
pis nəticə sayıla.
- Fasilədə
Kaxaber Sxadadze sizə nə dedi ki, ikinci hissədə meydanda daha aqressiv “İnter”
var idi?
- Kaxa
dedi ki, öz meydançamızda oynayırıq. Üç xal bizim üçün önəmlidi. Amma qazana
bilmədik. Eybi olmaz.
- İlk
iki dövrədə (1:0, 2:2) “Bakı”ya uduzmamışdınız. Həmin oyunlarla budəfəkini
müqayisə etmək olar?
- Dəyişən
bir şey yox idi. Çünki “Bakı”nın heyətində elə bir dəyişiklik olmamışdı.
- Kaxaber
Sxadadze hər zaman mərkəz müdafiəçilərindən narazılıq edirdi. Yohan Bokoqnonun gəlişindən
sonra deyəsən, işlər qaydasındadı…
- Hər
şey yaxşıdı.
- Sənin üçün necə, Bokoqnonla yan-yana oynamaq
rahatdı, yoxsa Brüs Abdullaye ilə?
- Brüs
də yaxşı müdafiəçidi, "Boko" da. Müdafiədə yaxşı oynayırıq, amma yenə də qollar
buraxırıq. Ona görə gərək müdafiədə hələ daha diqqətli oynayaq.
- Zədən
ciddidi?
- Yox
indi yaxşıdı. Oyun epizodunda yüngül zədə aldım.
- "Neftçi"nin
məğlub olmasından xəbərdarsan?
- Bəli,
xəbərim oldu.
- Nə
düşünürsən?
- Təbii
ki, “Neftçi”nin uduzması bizim üçün yaxşı oldu. Amma biz “Neftçi”nin oyununa
deyil, öz oyunumuza fikir veririk. Amma yenə də deyim ki, "Neftçi"nin
uduzmasına sevindik.
- Bundan
sonra “İnter”in çempion olacağını gözləmək ağılsızlıq olardı?
- Niyə ki?
Hələ qarşıda 14 tur var. Şans hər zaman var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |