"Cəmi bir həftə məşq etmişəm" MÜSAHİBƏ

16.02.2014 | 4136 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov TPL-in 21-ci tur oyunu çərçivəsində AZAL üzərində qələbədən (2:1), komandasının liderliyindən və “Rəvan”a qarşı növbəti tur oyunundan danışıb:

- Oyun haqda nə deyə bilərsiniz?
- Əvvəlcədən bilirdik ki, çox çətin olacaq. Yaxşı ki, birinci hissədə qol vura bildik. Bundan sonra rəqib irəli gedərək müdafiəni açmağa məcbur idi. Biz bundan istifadə edərək ikinci hissənin əvvəlində ikinci qolu da vura bildik. Daha çox qol vura bilərdik, ancaq imkanlarımızdan istifadə edə bilmədik. AZAL Vaqif Sadıqov kimi bir mütəxəssisin rəhbərliyi altında oynayan elə bir komandadır ki, hətta uduzanda belə, mübarizədən qalmır. Bu dəfə də belə idi. Rəqib bir qolun əvəzini çıxdı və hücumda daha fəal oynamağa başladı. Ancaq biz üstünlüyü tərəfimizdə saxlaya bildik. Şadam ki, üç xalı qazandıq.
- Qonaqlar qol vurduqdan sonra, bu dəfə də bu rəqibi məğlub edə bilməyəcəyinizdən ehtiyat hissini yaşadınız?
- Əlbəttə belə hallar olur. Xüsusən, bu tur çempionatın digər liderləri məğlub oldu. Bir anlıq mən də bu gün bu oyunda xal itirəcəyimizi düşündüm. Bilirsiniz, çempionatda bəzən anlar olur ki, ardıcıl olaraq xallar itirirsən. Belə ki, hesab 2:1 olanda bir anlıq fikrimdən keçdi ki, biz də bu gün xallar itirə bilərik. Həmçinin, rəqib standart vəziyyətlər zamanı çox təhlükəli idi.
- Yaxın izləyiciləriniz “Qəbələ” və “Neftçi” dostcasına məğlub oldular. Bununla da, “Qarabağ”a fərqi dörd xal artırmağa imkan verdilər. Sizin üçün yaxşı üstünlükdür. Ancaq bunun komandanı arxayınlaşdıracağından qorxmursunuz?
- Belə üstünlük olanda, müvafiq olaraq arxayınlıq da olur. Ancaq bunun baş verməsinə imkan vermək olmaz. Artıq dörd gündən sonra bizi “Rəvan”a qarşı oyun gözləyir. Bildiyiniz kimi, onlarla da problemimiz var. İki dəfə oynayıb xal itirmişik. Bu komanda bizim üçün qeyri-münasib komandalardan biridir. Ümumilikdə qarşıda hələ 15 tur var. Bu müddət üçün isə dörd xal elə də böyük fərq deyil ki, arxayınlaşasan. Məhz bunu da bizim oyunçular anlamalıdır. Rəqiblər güclüdür və istənilən büdrəmə bizə baha başa gələ bilər.
- Admir Telinin müdafiənin mərkəzində yoxluğu çox hiss edilirdi?
- Elə etməyə çalışırdıq ki, hiss edilməsin. Əlbəttə, oyunçu itkisi istənilən komandada hiss edilir. Bədəvi yaxşı oynadı Mənim özümə də idman formamı toplamağa vaxt lazımdı. Hər halda, zədə səbəbi ilə 50 gün meydandan kənarda qaldıqdan sonra, mən cəmi bir həftə məşq etmişəm. Buna görə də formamı tam yığmamışam.
- Növbəti turda “Rəvan”a qarşı oynayacaqsınız ki, onlar da bu mövsüm sizin üçün qeyri-münasib rəqib olub.
- Bu klub yarandığı andam mənim yadıma gəlmir ki. Biz onları rahatca məğlub edək. Onlr həmişə problemlər yaradıb. Bu dəfə doğma meydanda oynayacaqlar. Onların yeni, təcrübəli baş məşqçisi var. Bilirəm ki, bizə qarşı xüsusilə köklənəcəklər və özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Biz isə mütləq səy göstərməliyik ki, məqsədimizə nail olaq. azerisport.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail