"Neftçi" rəsmisi "Xəzər Lənkəran"lının cavabın sərt sözlərlə verdi
Az əvvəl də “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri
Hüseyn Cəbrayıloğlunun “Fənərbaxça”yla oyundan sonra “Neftçi”yə “ilişməsini”
yazmışdıq. Stadium.az xəbər verir ki, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri
Gündüz Abbaszadənin buna cavabı da özünü çox gözlətməyib. Gündüz də Hüseynə elə
şəxsi “facebook” səhifəsindən cavab verib: “Əziz dostum Hüseyn. Dünən qapıçı Volkanın, türkiyəli şərhçinin
dedikləri səni niyə qıcıqlandırıb? Deyəsən, sarı simdən vurublar, qardaş. Biz
Azərbaycanı və vətənimizə aid nə varsa onu sevən insanlarıq, əziz dost. Biz “Xəzər Lənkəran” “Fənərbaxça”dan 4 cavabsız top
buraxanda məyus olmuşduq. Bizim üçün Azərbaycan komandalarının uğuru
sevincimiz, məğlubiyyəti isə məyusluğumuzdur. Azərbaycan adı gələndə 20 ilə
yaxındır(!) ki, azarkeşlik etdiyim “Fənərbaxça” da vız gəlir. And olsun
Allaha ki, bu belədir. Təəssüf ki,
Volkanın, türkiyəli şərhçinin "Neftçi"yə verdiyi layiqli qiymət səni
bu qədər qıcıqlandırıb və bir futbol adamına, futbolu bilən dostumuza
yaraşmayan status yazmağa vadar edib. Bunu isə bəzi dostlarımız mətbuat səhifəsinə
daşıyıblar. Deyirsən ki, istirahətdən gəlmişdi komanda. Əziz qardaş futbolu bilən
istənilən adamdan soruşa bilərsən. Təlim-məşq toplanışının 6-cı günündə komanda tam
hazır olmur. Bununla belə dünən "Neftçi" əlindən ayağından gələni
etdi ki, uduzmasın. Əksinə “Xəzər Lənkəran” “Fənər”in qarşısına çıxanda tam hazır vəziyyətdə idi.
Bir də ki, “Xəzər Lənkəran”ın avrokubok oyunları arası “Fənər”lə oyun
salması kimin istəyi idi? Biz nə oyundan əvvəl, nə də fasilədə rəqibin soyunub
geyinmə otağına xəbər yollamadıq ki, imkanınız varsa az qol vurun. Heç sizin də
bu istəyiniz olduğunu iddia etmirəm. Amma əziz qardaş, bu, bir
qardaşlıq və hazırlıq oyunu idi. Hazırlıqlarımız isə davam edir. Həm sizin, həm
də bizim. İnşAllah ikinci dövrədə görüşərik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |