Jurnalistlərin Həmrəylik Kubokunda yarımfinal oyunları keçirildi - finalçılar bəlli oldu
Peşəkar Futbol
Liqasının sponsorluğu və Stadium.az saytının təşkilatçılığı ilə keçirilən
Jurnalistlərin Həmrəylik Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Stadium.az xəbər verir ki, ilk olaraq meydana “İdmanxeber.com” və “Futbol+”
komandaları çıxdı. Bundan öncəki oyunda birincilərin iki oyunçusu qırmızı vərəqə
aldığından və ehtiyatda futbolçuları olmadığından onlar meydana 6 yox, 5 oyunçu
ilə çıxmışdı. Rəqib isə güzəştə getməyərək 6 oyunçu xidmətindən maksimum
yararlandı. Buna baxmayaraq hesabı “İdmanxeber.com” açdı. Komandanıb bombardiri
Elsəvər Əliyev qol vurdu. “Futbol+” ancaq ikinci hissənin startında hesabı bərabərləşdirə
bildi. Ardından “İdmanxeber.com”un oyunçusu hakimə hörmətsizlik etdiyi üçün
qırmızı vərəqə ilə cəzalandırıldı komanda meydanda 4 nəfərlə qaldı. Buna rəğmən
oyunun sonuna kimi 1:1 hesabı dəyişmədi. Sona dəqiqələr qalarkən isə
“Futbol+”un qapıçısı qırmızı vərəqə aldı. Oyunsonrası penaltilərdə isə daha təcrübəli
olan “Futbol+” oyun boyu azlıqda çıxış edən uda bilmədiyi rəqibini 5:4
hesabıyla üstələdi.
İkinci yarımfinal
oyununda isə “İdman Azərbaycan” “Rekord Komanda”yla üz-üzə gəldi. İlk görüşdən
fərqli olaraq bu dəfə qarşılaşma gərgin keçmədi. “İdman Azərbaycan” rəqibini
4:1 hesabıyla məğlub edərək adını finala yazdırdı.
Beləliklə finalda “İdman Azərbaycan”la “Futbol+” , üçüncülük oyununda isə İdmanxeber.com”la “Rekord Komanda” üz-üzə gələcək. Maraq üçün deyək ki, “İdman Azərbaycan”la “Futbol+” eyni qrupda mübarizə aparıb. Bu komandalar arasında qrupdakı oyun “Futbol+”un xeyrinə başa çatıb 4:2.
Yarımfinal
17 dekabr 11:00.
“İdmanxeber.com”
- “Futbol+” 1:1 (pen. 4:5)
Qollar: Elsəvər
Əliyev – Əli Raufoğlu
“İdman Azərbaycan”
- “Rekord Komanda” 4:1
Qollar: Sərxan
İbrahimoğlu (3), Tural Məmmədli – Anar Xanlarov
Bombardirlər: Sərxan İbrahimoğlu 25 (İdman Az), Səbuhi Nərimanoğlu
15 (Futbol+), Elsəvər Əliyev 14 (İdmanxeber.com), Ceyhun Rzayev 11, (Komanda Rekord), Anar Əsədov 9
(idmanxeber.com), Anar Xanlarov 8 (Komanda Rekord), Tural
Məmmədli 7 (İdman Az), Tural Xudiyev 6 (Het Trik news), İsmayıl
Abdullayev (İdman Az) 6.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |