Pantiç: "Bu gedişlə ola bilsin, növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verdim"
Topaz Premyer Liqanın 16-cı turunda "Sumqayıt"la qarşılaşacaq “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis "Sumqayıt"a qarşı oyunun çətin olacağını bildirib: “Sumqayıt”a qarşı oynamaq bizim üçün həmişə çətindir. Üstəlik, eyni komandaya qarşı ardıcıl iki oyun keçirəndə qələbələri sıralamaq bir qədər də çətinləşir. “Sumqayıt” öz meydanında çıxış edəcək. Bu isə o deməkdir ki, ölkə kubokunun 1/8 finalında rəqibin göstərdiyi nisbətən qapalı taktiki sxemi unutmalıyıq. Bütün bunlar qarşılaşmanın mürəkkəbliyini artırır.
“Sumqayıt” gənclərə üstünlük verdiyindən daha çox hücum qurur, təhlükə yaradır. Rəqib komanda azərbaycanlı futbolçulara üstünlük verir. Mən də yerli gənclərə şans yaradıram, amma tənqidlərlə rastlaşıram. Bu gedişlə ola bilsin, növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verdim (gülür). Çünki görürəm ki, bəziləri mənim oyunçu seçimlərimi bəyənmirlər.
Düzdür, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü komandalara çox qol vura bilirik. Lakin “Sumqayıt”la görüşlərdə 1 top fərqi ilə üstün oluruq. Bu ondan irəli gəlir ki, rəqibin heyətindəki gənclər daha çox əmək sərf edir. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və ölkənin daha güclü klublarına transfer olunsun. Özü də “Sumqayıt”ın elə futbolçuları var ki, daha iddialı komandalara keçmək üçün hazırdırlar”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |