"İnter" "Simurq"dan futbolçu alacaq
Qışda heyətdə bir neçə dəyişiklik edəcəyi gözlənilən "İnter" indi də müdafiəçi axtarışına çıxıb. Tez-tez hücumçu problemindən gileylənən Kaxaber Sxadadze müdafiəyə kimin alınacağını da konkretləşdirib.
Stadium.az xəbər verir ki, "bankirlər" indi də "qardaş" bildikləri "Simurq"un
futbolçularına "göz dikib". Məsələ burasındadır ki, "İnter"in məşqçilər korpusu
müdafiəyə İlkin Qırtımovun alınmasını istəyir.
Ruslan
Əmircanov və Arif Daşdəmirovun komandadan ayrılacağından çəkinən Kaxa
Qırtımovla münasibəti rəsmiləşdirməyi düşünür. Gürcü çalışdırıcının hətta buna
görə, klub rəhbərliyinə də müraciət etdiyi bildirilir. "Simurq"da kapitan
sarğısını daşıyan müdafiəçinin qışda, yoxsa yayda "İnter"ə keçəcəyi bilinmir.
Ancaq bilinən budu ki, "İnter" qısa zamanda Qırtımovu heyətinə qatmaq istəyir.
Ölkənin digər klublarının da İlkinlə maraqlandığını eşidən "bank" klubu gecikmək niyyətində deyil. Bir ara Berti Foqtsun da siyahısında yer alan və milli komandamızın təlim-məşq toplanışlarına cəlb edilən Qırtımov cari mövsüm heç də yaxşı futbol nümayiş etdirə bilmir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |