Rşad Sadiqov Araz Abdullayevin müdafiəsinə qalxdı MÜSAHİBƏ
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Stadium.az saytına müsahibəsi:
- "İnter"lə
oyun barədə nə deyərdin?
- Son zamanlar "İnter"lə
oyunlarımız olduqca maraqlı keçir. Elə bu dəfə də elə oldu. Amma biz bu dəfə də
subut etdik ki, "İnter"dən güclüyük. Həmişə olduğu kimi yenə də
komanda oyunu sərgiləyərək istədiyimizə nail olduq. Düzünə qalsa bu oyuna
çempionluq qarşılaşması kimi baxırdıq. Axı uduzsaydıq ikinci pilləyə düşürdük.
Buna görə də qələbə qazanmaq vacib idi. Komanda da bunu bacardı və ən yaxın
izləyicimizi məğlub edib aradakı xal fərqini dördə yüksəltdik.
- Amma qırmızı vərəqə aldın...
- Futboldur, futbolun içində belə
hallar yaşanır. Bəzən elə olur ki, emosiyaları cilovlamaq olmur, bəzən də elə
olur ki, bilmədən kobud oynayırsan. Amma komanda yoldaşlarıma təşəkkür edirəm
ki, meydanda mənim yoxluğumu hiss etdirmədilər.
- Amma komandaya zərbə də dəyə
bilərdi...
- Heç bir futbolçu bilərəkdən qırmızı
vərəqə alıb komandasını pis vəziyyətdə qoymaz. Yenə deyirəm, futboldur da. Tam
səmimi deyim ki, hakimə də heç bir etirazım yoxdur. Hava bir qədər soyuq idi,
elə bil ki keyimişdim. Hər iki epizodda hakim düzgün qərar verdi. Topa oynamaq
istəyirdim, amma bir az gecikdim və ayağa oynamalı oldum. Heç meydandan çıxanda
da hakimə etiraz etmədim.
- Bu qələbə sayəsində komandanız
çempionluğa bir qədər də yaxınlaşdı Artıq çempionluğu həll etdiyinizi demək
olar?
- Yox, mən bununla razı deyiləm. Hələ
qarşıda 8 tur qalıb, amma mən əminəm ki, çempion olcağıq. Çünki hazırda
"Neftçi" ən güclüdür. İndidən çempion olduğumuz barədə düşünsək,
sonra bu bizə baha başa gələ bilər. Yaxşısı budur, hər turdan sonra çempionluğa
bir addım da yaxınlaşdığımızı düşünək.
- Komanda yoldaşın Araz Abdullayevin
başına gələn bədbəxt hadisə barədə nə deyə bilərsən?
- Araz komandamızın gənc və
perespektivli futbolçusudur. Onun başına gələn hadisəyə bütün komanda üzvləri,
eləcə də mən üzülürəm. Allah onun köməyi olsun. Hamımız bilirik ki, Araz bu qəzanı
bilərəkdən törətməyib, sadəcə bir bədbəxt hadisədir. Biz sona kimi Arazın
yanındayıq. Çalışacağıq ki, Arazl bu psixoloji durumdan çıxardaq, onu itirmək
olmaz. Yenə deyirəm, Araz bunu bilərəkdən etməyib. Allahın qismətidir də, ölən
insanın da taleyi yəqin bura kimiymiş də. Sadəcə bu olayı böyüdərək Araz
Abdullayev barədə pis düşüncələrini ortaya qoyan insanlara demək istəyirəm ki,
başlarına gələr, onlar da bunun nə olduğunu bilərlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |