AZAL-ın yeni baş məşqçisi Vaqif Sadıqov oldu

06.04.2012 | 22479 dəfə oxunub

AZAL-ın baş məşqçisi müəyyənləşib. Stadium.az xəbər verir ki, Vaqif Sadıqov “təyyarəçilər”in yeni çalışdırıcısı təyin olunub. Təyinat bu gün keçirilən klubdaxili iclasda reallaşıb. 2 illik müqavilə bağlayan Sadıqov komandanı ilk məşqə də çıxarıb. Onun köməkçisi Şakir Qəribovdur.

Sadıqov cari mövsüm AZAL-ı çalışdıran 4-cü mütəxəssisdir. 53 yaşlı məşqçiyə qədər Nazim Süleymanov, Elxan Abdullayev və Rafiq Mirzəyev bu postu tutmuşdu. Süleymanov avrokubokdakı oyunlardan sonra istefa vermişdi. Premyer Liqanın startı ərəfəsində bu vəzifəyə gətirilən Abdullayev isə I dövrədən sonra istefa vermişdi. Daha uzun müddət iş başında olan Mirzəyev isə ötən XXVI turdan sonra öz istəyi ilə postundan ayrılıb.

Komandanı son 6 oyuna çıxaracaq Sadıqov bunadək ölkəmizdə “Nicat”, “Neftçi”, “Şəfa”, “ANS-Pivani” klublarını, Azərbaycanın millisini, həmçinin İranın “Maşınsazi” klubunu çalışdırıb. Son iş yeri Rusiyanın “Anji” klubu olan mütəxəssis orda olduğu kimi, milli komandamızda da köməkçi-məşqçi vəzifəsini tutub. 

“Neftçi”ni avrokuboklara çıxaran ilk baş məşqçi olan Sadıqov bu postda 1994/95 mövsümündə Azərbaycan kubokunun və Superkubokunun qalibi olub.

Sadıqovun ölkə daxilində sonuncu komandası olan “Neftçi”də də köməkçisi Qəribov olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail