“Doğma şəhərimdə futbolun inkişafı üçün əlimdən gələni etməyə hazıram”

11.06.2012 | 5228 dəfə oxunub

“Sumqayıt” Futbol Klubu ilə birillik müqavilə imzalamışam. Əvəzedicilərdə Vaqif Paşayevin köməkçisi kimi çalışıb əsas komanda üçün futbolçular hazırlayacağıq. Doğma şəhərimdə futbolun inkişafı üçün əlimdən gələni etməyə hazıram”. Stadium.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın əvəzedici komandasına məşqçi təyin olunan Mübariz Orucov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.

Peşəkar karyerasına Sumqayıtın “Xəzər” komandasında başlayan Mübariz Orucov 1997-ci ildə Masallının “Viləş” klubuna keçib. “Viləş”lə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan 38 yaşlı mütəxəssis 1999-2001-ci illər ərzində “Şəmkir” Futbol Klubunda ardıcıl iki dəfə Azərbaycan çempionu olub. 2001-2006-cı illər ərzində “Qarabağ”ın şərəfini qorumuş Orucov Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatında bürünc medallara da sahib çıxıb. Onun futbolçu kimi sonuncu iş yeri isə “Karvan” olub (2006/2008 mövsümü, Premyer Liqa).

Mübariz Orucov futbolçu karyerasını başa vurduqdan sonra B kateqoriyalı məşqçi kurslarını uğurla başa vuraraq “Qarabağ”da məşqçilik fəaliyyətinə başlayıb. O, Ağdam klubunun U-15 komandasının baş məşqçisi kimi 2009/2010 mövsümünü “Kapital Bank U-15 Liqası”nın çempion kimi tamamlayıb. Onun rəhbərlik etdiyi “Qarabağ”ın U-17 komandası isə 2011/12 mövsümdə gümüş medallara sahib çıxıb. 

Qeyd edək ki, Mübariz Orucov Azərbaycan çempionatlarında ən çox forma geyinən 8-ci futbolçudur. O, bu vaxtda qədər milli çempionatlarımızda 311 dəfə meydana çıxıb.

Xatırladaq ki, siyahıda ilk pilləni 2011/12 mövsümünü “Sumqayıt”da keçirmiş və mövsümün sonunda karyerasını başa vurmuş Mahmud Qurbanov tutur (421 oyun).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail