Siz də Qara kimi işıqlanmağa kömək edin

08.10.2020 | 6274 dəfə oxunub

Şanlı Azərbaycan ordusunun əks-hücum həmləsi çərçivəsində başlatdığı əməliyyatlarda əsgərlərimizin uğurlu əməliyyatları davam edir. Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin göstərişi və birbaşa nəzarətində olan bu əməliyyatlarda ordumuz - əsgərlərimiz lazım olan bütün maddi-mənəvi təchizatla təmin olunur. Bu Haqq müharibəsində biz vətəndaşların da üzərinə bəzi məsuliyyətlər düşür ki, onları məhz bizlər həll etməli, dövlətimizin, ordumuzun, komandanımızın yanında olmalıyıq. Buna görə də, bəzi xırda nüansları məhz biz həll etməliyik.

Döyüşlər başlayanın sabahısı günündən biz də dostlarımızla əlimizdən gələni etməkdəyik. Təbii ki, cəbhəyə gələ bilməyən bacı və qardaşlarımızın dəstəyi sayəsində. Onlar bizə hər cür dəstək göstərirlər. Bunun sayəsində biz də lazım olanları ünvana çatdırırıq.

Bunları yazmaqda məqsədim idman, xüsusən də daha çox tanıdığım futbol ictimaiyyətinə səslənməkdədir. Düzdür, idman sahəsində olan bir sıra insanlar da öz yardımlarını rəsmi və ya qeyri rəsmi şəkildə göstərirlər, ordumuza dəstəkdirlər.

Məsələn, bildiklərimdən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov (50), "Qarabağ"ın futbolçuları Maksim Medvedevlə Qara Qarayev (hər biri 10 min) ordumuza dəstək olublar. 

Bunlar rəsmi şəkildə olanlardır. Hazırda işğaldan azad edilən torpaqlarımıza əsas lazım olan məsələ işıqdır. Bunun üçün də lazım olanlar ünvana çatmaqdadır. Bu yöndə xırda bir çatışmazlıq vardı ki, generator gərəkli idi. Xəbəri "Qarabağ"ın və millimizin üzvü Qara Qarayevə çatdırdıq. Həmin andaca bu sıxıntı aradan qalxdı. Çox sağol, Qara. Bilirəm ki, bunu işıqlandırmağma narazılıq edəcəksən, amma bunu özümə borc, digərlərinə isə nümunə olsun deyə yazdım.

Deməkdə məqsədim odur ki, sizlərin dəstəyi sayəsində xırda problemləri özüzümü həll etməliyik. Dövlətimizi hər xırda işlə çəşğul etməməliyik. Bunun üçün də Qara Qarayev kimi sizlərin də dəstəyi gərəkir.

Bu yöndə istənilən şəxs mənimlə əlaqə saxla bilər:

Cəbhədən: Vüsal Hacı

(Əlaqə: 070 544 30 30, 050 262 06 44)

QEYD: Yazının başlığında qeyd olunan sizi çaşdırmasın. Təkcə işıqlanma yox, bir sıra məsələlərdə yardımçı olmalısız. İstənilən şəxs əlaqə saxlayar, izah edə bilərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.09.2021

21:59  "Layiqli bir xal qazandıq" - Elmar Baxşıyev

20:04  "Vəziyyətimiz ürəkaçan deyil" - Ramin Quliyev

16:08  "Sabah" - "Neftçi" - heyətlər

25.09.2021

22:04  "Bunu faciəyə çevirmək istəmirəm" - Aftandil Hacıyev

18:19  "Səbail" - "Zirə" - heyətlər

16:21  "Keşlə" - "Qarabağ" - heyətlər

24.09.2021

23.09.2021

21.09.2021

20.09.2021

22:19  "Yaxşı komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:22  "Məğlub olmağa gəlməmişdik" - Ayxan Abbasov

21:00  "Qarabağ" qalib gəldi - Yenilənib

18:31  "Qarabağ" - "Sumqayıt" - heyətlər

19.09.2021

20:25  "Neftçi" qalib gəldi - Yenilənib

17:49  "Neftçi" - "Keşlə" - HEYƏTLƏR

16.09.2021

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03:25  "İnter" - "Real" - 0:1 VİDEO

03:04  "Brügge" - PSJ - 1:1 VİDEO

15.09.2021

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

04:54  "Çelsi" - "Zenit" - 1:0 VİDEO

14.09.2021

13:56  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12.09.2021

19:20  "Neftçi" - "Qarabağ" - HEYƏTLƏR

17:03  “Səbail” -"Sumqayıt" - HEYƏTLƏR

04:32  PSJ - "Klermon" - 4:0 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail