Rəşad, sən q(Q)urban olma!

03.03.2020 | 52415 dəfə oxunub

Elxan Məmmədovun ata mülkünə çevirdiyi AFFA-nın binasında baş verənlərdən xəbərsiz olan futbol ictimaiyyətinin maraqla gözlədiyi mühüm məsələlərdən biri, millimizin yeni baş məşqçisinin kim olacağıdır. Təbii ki, Azərbaycan millisinə dünyanın ən güclü mütəxəssisi belə gətirilsə, elə də ciddi bir uğurumuzun olmayacağını da o ictimaiyyət çox gözəl bilir.

Ancaq... ancaq ən azından mübariz və döyüşkən, top klubları qoyaq kənara, ortabablara belə qapazaltı olmayan milli görmək istəyir, sadiq azarkeşlər. Bəs, bu döyüşkən komandanı kim yaradacaq?

Elxan Məmmədovlu AFFA koalisiyası bu siyahıda 32 xarici mütəxəssisin adının olduğunu bildirib. Heç şübhəsiz ki, ağıllı azarkeş bu 32 namizəd olan əcnəbi məşqçilərin hamısının heç kimə lazım olmayan işsiz-gücsüz, bizim Hacı Cəfər demişkən, bekar adamlar olduğun da, yaxşı bilir. Gəlib, yarım, bir il işləyəcəklər, sonra da maaşların alıb, gedəcəklər.

Ürəyi milliylə döyünən hər bir azarkeş kimi, elə millimizin futbolçuları da bunu çox gözəl bilirlər. Bax bundan qaynaqlanır ki, azarkeşlər və millinin futbolçuları da hücumçumuz Ramil Şeydayevin timsalında millinin sükanı arxasında komandamızın eks üzvü və kapitanı Rəşad Sadıqovu görmək istədiklərini dilə

gətirirlər. Çünki onlar xarakterli Rəşadın mübariz, qapazaltı olmayacaq bir komanda formalaşdıracağına ümid edirlər.

Rəşad Sadıqov həqiqətənmi arzuladığımız Azərbaycan millisini yarada bilərmi? Bu suala cavab verməzdən əvvəl, eyni ssenari ilə milliyə gətirilən Qurban Qurbanovun taleyinə nəzər salmaq məqsədəuyğundu, məncə.

“Qarabağ”da göz oxşayan uğurlar qazanan, Ağdam təmsilçisini ölkədə Flaqmana çevirən, Avropada və dünyada bu adı tanıdan Qurbanovu hər kəs milli üçün ən yaxşı variant hesab edirdi. İctiami rəy mediada reklama çevrilincə, AFFA rəhbərliyi bunun qarşısında aciz qaldı və Elxan Məmmədov koalisiyası da hiylərgəcəsinə böyük “bəh-bəhlə” Qurban Qurbanovu millinin başına gətirdi.

Hər kəsin “bu millini ancaq Qurban” düzəldə bilər deyimi Elxan Məmmədovun siyasətinin qurbanı oldu. Qurban, qurbana çevrildi. Məmmədov çox hiyləgər oyunlara əl atdı. Daha əvvəllər uduzulan oyunlara görə mükafat alan milli üzvlərinə, Qurbanovun dönəmində qələbəyə görə belə heç bir pul mükafatı verilmirmiş. Xırda-xırda çətinlikləri süni yollaya gölə çevirən Elxan Məmmədovun tələyə saldığı Azərbaycan millisi, mənasız UEFA Millətlər Liqasında Kosovaya “ilişincə”, “Qurbanov bir Kosovanı da uda bilmir” deyib, “bəh bəhlə” baş məşqçiliyə gətirilən Qurban hoca, hörmətsiz şəkildə millidən uzaqlaşdırıldı. Hətta ortalıq, uşaq-muşaq söz-söhbətlərinə inansaq, Elxan Məmmədov Qurban Qurbanovu millidən səssiz uzaqlaşdırmaq üçün onu “vurmaqda” dini təriqət amillərini belə ortaya atıb.

Qurban gillər sevməsə də, dünyaya ədalət nümunəsi olan Həzrəti Əlinin bir hədisi bu dəmdə yada düşür:

“Hətta düşmənin də olsa belə, gərək, onunla da mübarizəni kişi kimi aparasan”!

Qısası, hamının “millidə Qurban Qurbanov işləməlidi” arzusu, Məmmədovun pərdəarxası oyunları sonunda “əşşi, bu millini heç Qurban Qurbanov” da düzəldə bilməz fikirləriylə əvəzləndi və Elxan arzusuna çataraq öz atına yenidən mindi.

İstədiyini milliyə gətirir, istədiklərini həyata keçirir. Onun Qurban Qurbanovu “vurmasının” yeganə səbəbi də hocanın Elxanı millidə ofsaytda saxlaması olmuşdu. Və işi elə yerə çatdırdı ki, baxışlarından və üz mimikalarından bunu anlamaq olurdu:

“Bu idi sizin çox təriflədiyiniz Qurban Qurbanov?!”

Bizim Ərtoğrul Qazi nə qədər çalışsa da, bu dəfə aciz qaldı. Sadettin KÖPEK öz işini çox məharətlə görə bildi.   

Son zamanlarda isə Rəşad Sadıqov birmənalı və açıq şəkildə Elxan Məmmədovlu AFFA-nın qəbul etdiyi qərarları sərt şəkildə tənqid edir, onları ictimai qınaq obyektinı çevirirdi. Bax bu məsələ də Məmmədovu narahat edir və böyük ehtimalla, Rəşada millidə iş verib, onu da Qurbanov kimi ürfün gözündən salmağa çalışacaq.

Rəşad, sən mərd oğlansan! Hətta əminəm ki, Azərbaycan millisini lazım olduğu halda pulsuz belə çalışdırarsan. Bəndəniz də səni bu millinin baş məşqçisi kimi görmək istər. Amma... amma ağlın varsa bu təbliğatın bir parçası olma və nə qədər ki, Elxan Məmmədov AFFA-dadır, onun koalisiyası altında nəinki döyüşə, heç su içməyə belə getmə. Yoxsa, sən də Elxanın növbəti qurbanı olacaqsan, sözün hər iki mənasında.

Qurbanın sənin ən yaxın dostlarından biri olduğunu hər kəs bilir, amma sən onun yolun getmə, helmli davran və zamanını gözlə. “Səbr edən dərviş, hər zaman muradına ərmiş” demişlər.

Rəşad, sən q(Q)urban olma! Qoy sənə qurban olsun, elxanlar!

Vüsal Hacı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail