Ayxan Abbsov: "Bütün hissəni belə oynamaq çətindir"

03.03.2021 | 3974 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə" ilə oyundan (0:0) sonra  mətbuat konfransında oyun haqda danışıb: 

- Əlbəttə, oyunun belə gərgin, sürətli keçəcəyi gözlənilirdi. Çünki rəqibimiz "Zirə" idi. Bilirdik ki, "Zirə" hər rəqibə qarşı fərdi hazırlaşmağı bacarır. Biz də onların necə oynayacağını təxmin edirdik. Qısa vaxtda çalışdıq ki, hazır olaq. Ümumi götürsək, komandadan razı qaldım. Bu cür oyunlar olur, hansı ki, bir qol matçın taleyini həll edir. Məncə, bu günü tam uğurlu etmək üçün qol çatmadı. Düzdür, istərdik ki, xal fərqini yaxşılaşdıraq. Ancaq mən həmişə deyirəm, çempionatın sonuna qədər gərginlik olacaq. Bütün klublarda stabillik çatışmır. Biz də çalışırıq ki, stabilliyi qoruyaq. "Keşlə" ilə görüşdən sonra hər matçda itkilərimiz olur. Bu da bizi bir qədər çətinliyə salır. Bu qarşılaşmada bəzi oyunçular zədədən qayıtmışdı, risk etdik. Bəzi futbolçular oynamadı. Millinin fasiləsinə qədər iki gərgin oyunumuz qalıb. Ümid edirəm ki, bu sürətə tab gətirib istədiyimiz nəticəni əldə edəcəyik. Bugünkü oyuna görə futbolçularımı təbrik edirəm.

- İkinci hissənin 30 dəqiqəsini müdafiəyəyə çəkilmişdiniz. Bu, rəqibi əks-hücumda yaxalamağa hesablanmışdı, yoxsa digər taktika üçün?

- Xeyr, oyunun gedişatı elə idi ki, həm biz müdafiə olunurduq, həm rəqib. İlk hissədə pressinq elədik, bütün hissəni belə oynamaq çətindir. Gözləyirdik ki, ikinci hissəyə daha istəkli başlayaq. Amma deməzdim ki, sırf müdafiədə oturduq. Futbolçularımızdan bəziləri yoruldu, bəzi dəyişikliklər etdik, amma üstünlük bizdə idi. Rəqib 3-cü yerdə olan "Zirə"dir.

- Əli Qurbani sanki kölgəyə çəkilib. Bu, rəqiblərin Əlini tanımaqdan irəli gəlir, yoxsa zədədən sonra geri dönə bilmir?

- Bəli, zədə Əliyə mənfi təsir edib, həm də rəqiblər ona qarşı individual hazırlaşır. Amma bu gün Əli 3 epizod qazandı, ikisini qapıçı qoldan xilas etdi. Ümumiyyətlə çempionatınımız çətindir, hər oyun istədiyimiz kimi oynaya bilmərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail