Elmar Baxşıyev: "Ona görə səhv etdik və qol buraxdıq"

28.09.2020 | 4334 dəfə oxunub

"Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, ordumuz bizi yenə sevindirəcək. Torpaqlarımız işğaldan azad olacaq".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: "Hər iki komanda hücum futbolu sərgilədi. Komandamdan məmnunam. İstədiyimi meydanda yerinə yetirirlər".

Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq, hücum futbolu sərgiləmək istəyirlər: "Bura 3 xal dalınca gəlmişdik. Amma futbolçuların əməyini qiymətləndirməliyik".

Baxşıyev hakimlikdən də danışıb: "Məncə, normal idarəçilik oldu. Mənim işim komandamın oyununa qiymət verməkdir".

Baş məşqçi xal itkisinin yorğunluqla bağlı olmadığını deyib: "Neftçi" tempi artırdı. Ona görə səhv etdik və qol buraxdıq".

Baxşıyev yenidən komandaya qayıdan Ceyms Adeniyinin çıxışını da dəyərləndiorib: "Adeniyi uzun müddət futboldan kənarda qalmışdı. Tanıdığımız oyunçudur. Ona güvənirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail