Dmitri Nazarov qol vurandan sonra onu niyə qucaqlayıb? VİDEO

24.05.2020 | 4644 dəfə oxunub

Millimizin və “Erzgebirge”in üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqanın son turunda “Nürnberq”lə oyunda (1:1) qol vurduqdan sonra klubun meneceri Tomas Romeykeni qucaqlamasının səbəbini açıqlayıb.

Stadium.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: “Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra onu qucaqladım".
 
Nazarov koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət etdiyini anladığını, ancaq Almaniya Futbol İttifaqı tərəfindən bağışlanacağına ümid etdiyini bildirib: "Yəqin ki, məni anlayışla qarşılayarlar. Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdur. Futbol İttifaqının humanistlik göstərəcəyinə ümidvaram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail