Klopp: "Rəqibi və azarkeşlərini "Enfild Roudda" gözləyirik"

19.02.2020 | 5137 dəfə oxunub

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Atletiko"ya 0:1 hesabı ilə məğlub olan "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Stadium.Az xəbər verir ki, alman mütəxəssis, məğlub olduqlarını oyunu belə dəyərləndirib:

“Burda 70 faiz topa sahib olmaq möhtəşəmdir, açığı, bu, uzun zamandır göstərdiyimiz ən yaxşı oyunlardan biri oldu. Belə mübarizə və atmosfer gözləyirdik, amma oyunumuzu çox bəyəndim.

Mərhələnin ikinci hissəsini öz meydanımızda keçirəcəyik və o oyun fərqli olacaq. Rəqib çox yaxşı müdafiə olundu. Oyun məni təəssüfləndirmir, həyatımda daha pis oyunlar olub. Sadəcə bir qolla məğlub olduq. Çətin olacaq, amma şansımızın olduğunu düşünürük. Rəqibin də şansı var, cavab oyununda onlar bizdən daha yaxşı olsalar, buna hörmət edəcəm, onlar növbəti mərhələyə keçməyə layiq olacaqlar.

Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bunu nə qədər istədiyimizi indi yox, cavab oyununun start fitindən sonra göstərəcəyik. Hələ heç nə bitməyib. Rəqibi və azarkeşlərini "Enfild Roudda" gözləyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail