Suares: "Barselona"da ehtiyaclar heç vaxt bitməz"

17.11.2019 | 6016 dəfə oxunub

"Barselona"nın hücumçusu Luis Suarez açıqlama verib. Stadium.Az xəbər verir ki, Uruqvay mətbuatına açıqlama verən futbolçu, klubun yeni hücumçu almaq istəməsi ilə bağlı danışıb:

“Barselona"da ehtiyaclar heç vaxt bitməz. Hər üç gündən bir oyun var və rahatlaşmaq olmur. Burda keçirilən bir pis oyun belə, bağışlanılmaz. "Barselona" kimi bir kluba gəlmək, komandaya uyğunlaşmaq, heyətdə yer almaq asan deyil.

"Barselona"nın yeni hücumçu almaq istəməsi təəccüblü deyil. Futbol belə bir oyundur. Uzun müddətdir burda oynayıram və bir gün bu formanı geyinmək üçün kifayət etməyəcəyimi bilirəm. Buna baxmayaraq, fiziki cəhətdən güclü olduğum müddətdə əlimdən gələnin ən yaxşısını etməyə davam edəcəm. Rəqabət aparmaq mənim üçün də faydalı olacaq”.

2014-cü ildə "Liverpul"dan transfer olunan 32 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail