Şenol Günəş: "9 ay oldu, 9 doğurduq və uşaq oldu"

16.11.2019 | 5757 dəfə oxunub

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı keçirdikləri oyunu şərh edərək, qitə birinciliyinə vəsiqəni təmin etmələrindən danışıb.

Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis 0:0 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

“Ölkə olaraq bir xəyalımız vardı. Bu hədəfə çatmaq çox önəmli idi. Sonunda bu xəyalımızı gerçəkləşdirdik. 9 ay oldu, 9 doğurduq və uşaq oldu. Bu uşağa yaxşı baxmaq lazımdı. Avropa çempionatında da yaxşı işlər görməliyik.

Bu oyunda qol vura bilmədik. İlk hissədə hücuma çıxa bilmədik. Rəqibin sərt oyununa məruz qaldıq. Amma fasilədən sonra daha yaxşı idik, rəqibin sərtliyinə cavab verdik. Nəticədə iki ardıcıl heç-heçəyə imza atdıq.

Dünya və Avropa çempionatlarına daimi olaraq qatılmaq üçün, Türkiyə futbolunu yenidən ələ almaq lazımdı. Futbol ölkəmizdə çox sevilir. Yenidən bu həyəcanı yaşatmağa başlayan futbolçularıma təşəkkür edirəm. Bu, mənim yox, bizim komandamızdı. Xəyalımız çoxdu, amma bu xəyalları tək mənim həyata keçirməyim mümkünsüzdü. Yeni nəsillərin önünü açmağın xəyalını qururam. Mənim ən böyük hədəfim dünya çempionatı ilə bağlıdı. Avropa çempionatında yaxşı nəticələr qazana bilsək, DÇ-də daha yaxşı yerlərə çıxa bilərik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail