Uels millisində daha iki itki

15.11.2019 | 5701 dəfə oxunub

Avro-2020-nin seçmə mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Uels yığmasının heyətindən daha iki futbolçu çıxarılıb. 

Stadium.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz seçmə mərhələnin son görüşlərində "Derbi"nin hücumçusu Tom Laurens və "Lester"in qapıçısı Denni Uordun xidmətindən yararlana bilməyəcək. Laurensin səhhətində problem yaranıb. Uord isə şəxsi işləri ilə əlaqədar məşqçilər korpusundan icazə alıb. 

Yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”), Co Uilyams (“Sanderlend”) və müdafiəçi Co Rodon (“Suonsi”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq. “Aston Villa”nın müdafiəçisi Nil Teylor isə şəxsi işlərinə görə heyətdən kənarlaşdırılıb.

Noyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Uels millisi 3 gün sonra Macarıstanı qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail