"Qarabağ"la APOEL arasında təhlükəsizlik razılığı

16.10.2019 | 5298 dəfə oxunub

Türkiyə millisinin futbolçularının qol sevinclərini əsgər salamı ilə qeyd etmələri dünya mətbuatının gündəmindən düşmür.

Stadium.az xəbər verir ki, Kiprin "Kerkida" nəşri APOEL-in futbolçularının "Qarabağ"la keçirəcəyi oyunda qol vuracağı təqdirdə, əsgər salamı verməli olduqlarını qeyd edib: "Giorgos Merkisin "Qarabağ" - APOEL oyununda qol vurularkən əsgər salamı verməsinə nə deyirsiniz? UEFA həyəcanlanacaq və izahat tələb edəcək? UEFA hazırda türklərin etdiklərini laqeyd şəkildə izləyir".

Giorgos Merkis ÇL-in III təsnifat mərhələsində "Qarabağ"la cavab görüşündə 2:0 hesablı qələbəni Yunanıstan bayrağı açaraq qeyd etmişdi. Kipr millisinin üzvü oyundan sonra açıqlamasında Mahir Emreli ilə aralarında dialoq olduğunu demişdi: "Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu Mahir Emreli isə mənə dedi ki, bir qadın kimi ağlama. Ona "Ağlamıram, yunanam", - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, türklərin sənə nə etdiyini xatırlayırsan? "Yadımdadır, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim". Amma biz onlara göstərdik. Buna görə də yunan bayrağına sarılmışam". Mahir isə açıqlamasında Merkislə belə dialoq olmadığını, rəqib futbolçunun özünü tribunaya qəhraman kimi göstərmək üçün uydurma açıqlama verdiyini bildirmişdi.

"Qarabağ" və APOEL klubları oyunlardan öncə təhlükəsizlik məsələlərinə görə müzakirə aparıb. "Qarabağ" Bakıdakı oyunda tribunada müstəqilliyi tanınmayan Şimali Kipr bayraqlarının dalğalanmasına imkan verməyəcək. Nikosiya klubu da cavab görüşündə erməni təxribatına şərait yaratmayacaq.

"Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail