"Qurban Qurbanov stadionda yatıb-dururdu" - Keçmiş "Qarabağ"lı futbolçu

17.09.2019 | 5969 dəfə oxunub

"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl-Jadeyui 33 yaşında karyerasını bitirib.

Stadium.az xəbər verir ki, Mərakeş əsilli fransalı vinger karyerasının ən yaxşı illərini yada salarkən "Qarabağ"ı xüsusi fərqləndirib: "Bir çoxları Azərbaycanda nə edəcəyimi maraqla gözləyirdi, amma ən yaxşı seçim "Qarabağ" idi. Paltardəyişmə otağına gəlirsiniz, hər şey hazırdır. Hətta istifadə edəcəyim butsılar da hazır qoyulurdu. "Qarabağ" inkişaf etdiyim ən böyük klubdur. Baş məşqçimiz Qurban Qurbanov idi. O, yerli Zinəddin Zidandır. Stadionda yatıb-dururdu, ona görə də futbolu çox sevirdi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrədib. İnsanlar "Qarabağ"ın Avropa Liqası və Çempionlar Liqasında mütəmadi çıxış etməsini unudur".

Əl-Hərbi Fransanın "Brest", "Tur", "Şatoru", "Qenqam", "Anje", "Lans" və "Qrenobl" kimi klublarında çıxış edib. O, "Qarabağ"da 2015/16 mövsümündə oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail