Yurçeviç: "Bəli, utancverici nəticədir"

12.06.2019 | 4736 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 uduzduqlları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu hesabdan sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar.  Oyuna yaxşı başladıq, bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil.

- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsünüz?

- 1:5 hesabından sonra belə məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişiklik etməyi düşünürdüm.

- Bu gün yalnız Ramil Şeydayev mübarizə apardı. Millinin heyətində cəmi 1 futbolçu sarı vərəqə alırsa, orda mübarizədən söhbət gedə bilməz...

- Bu fikirlə razı deyiləm. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra fiziki və psixoloji cəhətdən rəqiblə oynamaq çətin idi.

- 5-ci qolda hansı hissləri keçirdiniz və buna görə azarkeşlərdən üzr istəmək fikriniz varmı?

- Əlbəttə. 85-ci dəqiqədə 5-ci topu buraxdıq. Bu, mənim və komandam üçün böyük şok idi. Belə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.

- Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu dediniz. Halbuki Fransada Mbappenin qiyməti bütün Türkiyə millisindən yüksəkdi. Meydanda pul rol oynamır. Bu gün futbol olmadı. Bu nəticəyə görə xəcalət çəkirsinizmi?

- Bəli, utancverici nəticədir. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə, Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək.

- Məşqçi yox, bir azarkeş kimi yığmanın oyununu necə şərh edərdiniz və evdə bu hesabla uduzduqsa, bizi səfər matçlarında bundan da ağır məğlubiyyətlər gözləyir?

- Bu nəticə ilə böyük şok keçirdim. Hər kəsi başa düşürəm. Futbolda böyük rəqiblərə qarşı oynadıqda yaxşı nəticə qazanmaq üçün günündə olmalısan. Futbol situasiyalı oyundur. Sağa və ya sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilir. Bəzi kiçik nüanslar oyunun taleyinə təsir edə bilir.

- Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduq. Hərçənd bu dəfə məntiqi ardıcıllıq pozuldu. Növbəti görüşdə 1:6 hesabı ola bilərmi?

- Növbəti oyunda daha yaxşı olacağımıza və böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyimizə inanıram.

- İndiyə qədər bura gələn əcnəbi məşqçilər bir neçə ildən sonra daha uğurlu nəticələrin olacağını deyib. 3 oyunda 10 top buraxan milli komandanın yaxşı olması üçün nə qədər vaxta ehtiyacı var?

- Bugünkü məğlubiyyətdən sonra bu suala cavab vermək çətindir. Bu gün uğursuz nəticə oldu. Amma inanıram ki, komandamız daha yaxşı çıxış edə bilər. İndi böyük təhlil etməyə dəyməz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail