"Neftçi"nin baş məşqçisi Roberto Bordin xərçəng xəstəliyinə qalib gəlib

11.06.2019 | 5582 dəfə oxunub

"Neftçi" futbol komandasının baş məşqçisi Roberto Bordin xərçəng xəstəliyinə qalib gəlib. Stadium.Az xəbər verir ki, bu barədə "Sportevai" nəşrində italiyalı mütəxəssis barədə dərc olunmuş yazıda bildirilir.

Qeyd olunur ki, 1996-1997 mövsümündə "Napoli"də çıxış etdiyi vaxt Bordinin qalxanabənzər vəzisində şiş aşkarlanıb. Bu səbəbdən, 54 yaşlı mütəxəssis karyerasına fasilə verməli olub.

Xoşbəxtlikdən, həmin şiş xoşxassəli olub və Bordin əməliyyat nəticəsində xərçəngə qalib gəlib. Artıq 3 ay sonra - 1996-cı ilin noyabrında meydana qayıdan Bordin komandası ilə İtaliya Kubokunun finalçısı olub.

Yazıda o da vurğulanır ki, italiyalı sabiq futbolçu 1993-cü ildə "Napoli"yə həmin vaxt komandanın baş məşqçisi olmuş Marçello Lippinin istəyi ilə transfer olunub. Daha sonra o, komandanın kapitanlığına qədər yüksəlib.

Hazırda isə Bordinin iki oğlunun İtaliyada yaşadığı, özünün isə rusiyalı yeni həyat yoldaşı və balaca qızı ilə birgə Bakıda qaldığı vurğulanır.

Roberto Bordin "Neftçi"yə 2018-ci il iyunun 8-də baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında flaqman ötən mövsümü gümüş medalla başa vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail