4-cü final, 29-cu duel

18.05.2019 | 6584 dəfə oxunub

abah Azərbaycan kubokunda 2018/19 mövsümünün final oyunu keçiriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək görüşdə “Sumqayıt”la qarşılaşacaq.

“Qırmızı-qaralar” klub tarixində 4-cü dəfə finalın iştirakçısı olacaq. Ardıcıl 3-cü dəfə həlledici qarşılaşmada oynayacaq “Qəbələ” 2013/14, 2016/17 və 2017/18 mövsümlərində də kubok uğrunda matçda qüvvəsini sınayıb.

Naxçıvanda keçiriləcək matç iki komanda arasında Azərbaycan kuboku çərçivəsində ilk duel olacaq. Ümumilikdə isə “Qəbələ” və “Sumqayıt” 28 dəfə görüşüb. Bütün oyunlar Premyer Liqa çərçivəsində keçirilib. “Qırmızı-qaralar” 17 qələbə qazanıb, 8 heç-heçə edib və 3 dəfə məğlub olub. 47 qol vuran futbolçular 21 top buraxıb. İlk dəfə neytral meydanda üz-üzə gələcək rəqiblər 14 dəfə “Qəbələ”nin, 14 dəfə “Sumqayıt”ın meydanında görüşüb. “Qırmızı-qaralar” evdə 11, səfərdə 6 dəfə qalib gəlibsə, sumqayıtlılar yalnız öz meydanında qələbə qazanıb. 8 heç-heçədən 3-ü “Qəbələ”nin, 5-i rəqibin meydanında gerçəkləşib. Komanda  həm öz (26-7), həm də rəqib (21-14) meydandakı top fərqində öndədir (gabalafc.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail