Sənan Qurbanov: "Hər qarşılaşma bizim üçün vacibdir"

19.04.2019 | 4920 dəfə oxunub

Çətin oyun olacağını bilirdik. Çünki rəqibimiz yaxşı komanda idi. “Zirə”nin öz oyun üslubu var. Belə komandalara qarşı oynamaq çətindir. Futbolçularımız həm müdafiədə, həm hücumda verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Bunun daha çox alındığını söyləmək olar. Üzərində çalışdığımız elementlərdən qol vurduq. Bu, bizi sevindirən amildir". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. "Oyunçuları təbrik etmək istəyirəm. Zədəli futbolçularımız bu gün meydana çıxdılar, mübarizə apardılar, xarakter göstərdilər. Növbəti matça hazırlaşacağıq. Dmitri Bezotosnı bizim üçün çox vacib futbolçudur. Futbolda zədələrdən qaçmaq olmur. İlkin müdaxilə edilib. Yaxın günlərdə müayinədən sonra zədənin nə dərəcədə ciddi olacağını biləcəyik. Nəinki “Səbail”lə oyun, hər qarşılaşma bizim üçün vacibdir. Hər oyun üç xaldır. Bilirdik ki, futbolçular cəzalı duruma düşə bilər. Oyunçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik. Onlara qaydalar çərçivəsində aqressiv oynamağı və emosiyaları düzgün bölməyi tapşırırıq. Elvin Camalov meydanda böyük iş gördü. Aldığı sarı vərəqə üçün onu qınamaq olmaz” - deyə o bgildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail