Mateys de Liqt də "Barselona"ya keçir

22.03.2019 | 4558 dəfə oxunub

"Ayaks"ın müdafiəçisi Mateys de Liqt seçimini edib. Stadium.Az xəbər verir ki, gənc futbolçu "Ayaks"ı yalnız "Barselona"ya görə tərk edəcək.

Meneceri Mino Rayola yayda onun Avropa nəhənglərindən birinə keçməsini planlaşdırırdı. Lakin 19 yaşlı futbolçu agenti ilə görüşərək, yalnız "Barselona" ilə danışıq aparmasını tapşırıb. İspanlarla danışıq uğurla nəticələnməsə, de Liqt daha bir il "Ayaks"da qalmağı üstün tutacaq.

Bundan sonra Rayola kataloniyalılarla danışığı intensivləşdirib. "Barsa" isə bu keçid müqabilində "Ayaks"a 60 milyon avro təklif edib. Tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.

Mateys de Liqtin "Ayaks"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail