"Futbolçuların mübarizliyi həlledici oldu" - Tərlan Əhmədov

16.02.2019 | 4860 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 17-ci turunda "Keşlə" "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.

Stadium.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Tərlan Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb: "Bilirdik ki, ağır oyun olacaq. Çünki hər iki komanda qış fasiləsindən sonra keçirdiyi hər iki oyunda uduzmuşdu. Üzərimizdə təzyiq çox idi. Komandanın sona qədər mübarizə aparması, futbolçuların mübarizliyi həlledici oldu. Qələbə çox vacib oldu. Turnir cədvəlinin son pilləsində qərarlaşmaq xoş deyildi. Futbolçuların üzərindən təzyiqi götürməyə və oyunumuzu daha da təkmilləşdirmək yönündən çalışırıq. Məşqdə futbolçulara hücum futbolu oynamağı tapşırmışdım. Bu qələbə təzyiqi yüngülləşdirdi".

47 yaşlı mütəxəssis "Zirə" - "Neftçi" matçında heç bir komandaya azarkeşlik etməyəcəyini vurğulayıb: "Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Mən işlədiyim komandaya azarkeşlik edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail