"Zirə"nin 20-ci sınağı

15.01.2019 | 2472 dəfə oxunub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün saat 17:00-da ilk yoxlama oyununu keçirəcək.

Stadium.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, “qartallar” Qazaxıstanın “Taraz” klubu ilə görüşəcək. Bu, “Zirə”nin Qazaxıstan təmsilçiləri ilə 2-ci dueli olacaq. “Qartallar” indiyədək yalnız 1 dəfə bu ölkədən olan komanda ilə üz-üzə gəlib. Bu, 3 il əvvəl baş verib. 2016-cı il yanvarın 16-da Antalyada hazırlıq keçən “Zirə” “Ordabası” ilə qarşılaşıb. Həmin görüşdə qəsəbə təmsilçisi 1:4 hesabı ilə uduzub. “Zirə”nin yeganə qoluna Nurlan Novruzov imza atıb. O, görüşün 55-ci dəqiqəsində, hesab 0:2 olarkən Qazaxıstan klubunun qapısına yol tapıb. Bugünkü matç “Zirə”nin ümumilikdə Antalyada keçirilən 20-ci yoxlama oyunu olacaq. İndiyədək “Zirə” qonşu ölkədə 19 dəfə qüvvəsini sınayıb. Bu görüşlərdən birində rəqib Azərbaycan təmsilçisi “İnter” (indiki “Keşlə”) olubsa, digər 18 yoxlama oyunu beynəlxalq xarakter daşıyıb. Bakılılarla dueldə 2:0 hesabı ilə qalib gələn “qartallar” xarici klublarla duellərdə 7 qələbə qazanıb, eyni sayda da məğlubiyyət alıb və 4 heç-heçə edib. Beynəlxalq yoxlama qarşılaşmalarında 23 qol vuran “Zirə”, 18 top buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail