Millimizin məşqçisi imtahandan kəsilib: “Çox çalışdım, amma alınmadı"

08.01.2019 | 3048 dəfə oxunub

“Məşqçilik kateqoriyası ilə bağlı imtahanlarda hər zaman səhvləri özümdə axtarmışam. Bu dəfə imtahanın müəyyən qismini yaxşı verdim, müəyyən hissəsi isə uğursuz alındı”.

Stadium.Az xəbər verir ki, bunu “Report”a UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vura bilməyən Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmmədimtahandan kəsilmə səbəbləri barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, gələcəkdə özünü yenidən sınayacaq. Onun sözlərinə görə, yığmadakı işi də imtahanı uğurla verməsinə müəyyən qədər mane olub: “Çox çalışdım, amma alınmadı. Məşqçilər var ki, bir kursdan 4-5 dəfə kənarda qalıb. Mənim karyeramda isə bu, bir ilk idi. Növbəti kurs başlayanda müraciət edəcəyəm. İmtahandan məqsədli şəkildə kəsilməyimi, mənə qarşı qərəzin olduğunu düşünmürəm. Pro imtahanları ağır keçir, ilyarımadək davam edir. Həmin ərəfədə işimin çox olması, millinin matçları ilə bağlı səfərlər müəyyən qədər mənfi təsir etdi”.

V.Məmməd deyib ki, Pro kateqoriyasından ötrü UEFA-nın xarici ölkələrdə təşkil etdiyi kurslara qatılmaq fikri yoxdur: “Bunun üçün hər yerdə sistem eynidir. AFFA-nın təşkil edəcəyi kurslara qatılacağam. Amma hazırda komandanı Avropa çempionatının elit-raunduna hazırlamağa köklənmişəm”.

Qeyd edək ki, 9 mütəxəssis AFFA-nın UEFA ilə birgə təşkil etdiyi Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurub. Vüqar Məmmədlə yanaşı, Baba Əsgərov da imtahandan kəsilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail