"Barselona" klubunun hücumçusu Lionel Messi türkiyəli məşhur aşbaz Nüsrət Gökçənin qonağı olub. Stadium.Az xəbər verir ki, argentinalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ailə üzvləri ilə birgə "Instagram" ulduzu olan aşbazın hazırladığı steyklərin dadına baxıb.
Dubayda Messi ilə görüşən İngiltərə təmsilçisi "Mançester Yunayted"in fransalı yarımmüdafiəçi Pol Poqba da Nüsrətin qonağı olub.
Bunadək bir sıra tanınmış futbolçu və Hollivud ulduzları türkiyəli aşbazın hazırladığı ət məhsullarını dadıblar.