Miçel: "Fasilədən sonra bu çatışmazlığı aradan qaldırdıq"

12.11.2018 | 4850 dəfə oxunub

“Yorğunluğun təsiri var. Lakin artıq bu ritmə alışmışıq. Müəyyən müddətdir cümə axşamları oyunlarımız olur. Düzgün rejim və istirahətlə bu oyunlara hazırlaşırıq”.

Stadium.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Miçel Madera Premyer Liqanın 11-ci turunda “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Görüşün 64-cü dəqiqəsində Ağdam klubunun 2-ci qolunun müəllifi olan ispan yarımmüdafiəçi ikinci hissədə tempi artırmalarını oyuna köklənməyi bacarmaları ilə əlaqələndirib: “Bütün bunun arxasında yaxşı hazırlıq durur. Digər tərəfdən köklənmən yüksək səviyyədədirsə və inanırsansa, meydana inamla çıxırsan və bu, səndə alınır. Vurduğum qolda daha çox pay sahibi mən, yoxsa rəqibin qapıçısıdırmı? Əsas odur ki, cəhd etmək lazımdır və mən də bunu etdim. Top qapı xəttini keçəndən sonra kimin sayəsində olması önəm kəsb etmir”.

Miçelin sözlərinə görə, ilk hissədə qol vura bilməsələr də, yaxşı oynayıblar: “Birinci hissədə də topa nəzarət bizdə idi, rəqibi qapısına sıxışdırmışdıq. Sadəcə olaraq, hücumlarda qığılcım çatmırdı. Fasilədən sonra bu çatışmazlığı aradan qaldırdıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail