"Hər kəs millidə öz komandasının qapıçısını görmək istəyir" - Kamran Ağayev

22.10.2018 | 4273 dəfə oxunub

"Bu qələbə bizə lazım idi. Çətin olsa da, qalib gəldik"

Stadium.az xəbər verir ki, bu sözləri "Keşlə"nin kapitanı Kamran Ağayev TPremyer Liqanın 8-ci turunda "Zirə"yə 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Təcrübəli əlcək sahibi oyun barədə fikirlərini bölüşüb: "İlk hissədə qol epizodlarımızdan yararlana bilmədik. Qoldan sonra əks-hücumlarda fərqlənə bilərdik. Son pillədə olduğumuz üçün üzərimizdə təzyiq var idi. Davam etmək lazımdır. Baş məşqçimiz avrokubok matçımızdan sonra komandaya gəlib. Nəticə əldə etmək istəyiriksə, çalışmaq lazımdır. ". Kamran Ağayev millimizin heyətində Farer adaları və Malta ilə oyunlarda tənqid edilməsinə münasibət bildirib: "Məni kim tənqid edirdi? Futboldan başınız çıxır? Məni tənqid edənlər millidə öz komandalarının qapıçısını görmək istəyir. Malta ilə oyunda qol buraxdığımız zaman çıxışda səhv etmədim. Rüfət Dadaşov əlini mənə söykədiyi üçün top başımın üstündən getdi, tuta bilmədim. Elə bilirdim ki, rəqib futbolçunun əlidir. Sonra bildim ki, öz oyunçumuz idi. İkinci epizodda isə ayağım sürüşdü və mən də topu tutmalı oldum. 9 metrlik cərimə zərbəsindən başqa nəsə olmadı. Azarkeşlər çox şey yaza bilər. Bu gün "Zirə" fanatı yazacaq ki, qapıda Anar Nəzirov dayansın. Yaxşı oynadığımı demirəm, zəif çıxış etdim. 4 oyuna 2 qol buraxmışıq, biri də penaltidən. Heç kəsə ixtiyar verməmişəm ki, məni ələ salsın. Tənqid edənlər çox olub. Bu gün tənqid edən, sabah öpüb-qucaqlayır. Bunlara alışmışıq. Millinin oyunlarında qapıda pis dayanmamışam. Xalqın qarşısında çox oyunlara çıxmışam və hamı məndən ən yaxşısını gözləyir. Normal oyunu da tənqid edirlər. Səhvsiz insan olmur. Bu, oyun deyil ki, kimsə məni kənardan idarə etsin. Milli barədə çox danışmaq istəmirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail