"Məğlubiyyətdən nəticə çıxarmalıyıq" - Roberto Bordin

20.10.2018 | 3593 dəfə oxunub

"Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdan əvvəl yaxaladığımız qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bizi əks-hücumlarda yaxalayıb qol vurdu. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq”

Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 8-ci turunun “Qəbələ” ilə səfər matçından (1:3) sonra keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis Dario və Dabonun yaxşı oynamaması ilə bağlı suala cavabında deyib: “Birinci hissədə normal oynadılar. Sadəcə, təkcə Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdır”. O deyib ki, “Qəbələ”nin bugün göstərdiyi oyun onlar üçün sürpriz olmayıb: “Rəqib kompakt müdafiə olundu. Bizi əks-hücumda yaxaladılar”.

“Rəşad Eyyubov komandanızın ən zəif oyunçusu idi. Onu əvəzləməkdə yubandınız. Bu fikirlə razısınız?” sualına Bordin belə cavab verib: “Rəşadın zəif oynadığını hesab etmirəm. Bəlkə də oyun praktikası az idi. Bununla yanaşı, Rəşaddan razı qaldım. Zəif cəhətlərimiz ondan ibarət oldu ki, hücumlar zamanı fərdi mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komandamız uduzub”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail