"Bir neçə aya reytinqdə ilk yüzlüyə düşə bilərik" - Samir Uykani

19.10.2018 | 3921 dəfə oxunub

Bir neçə aydan sonra FİFA reytinqində ilk yüzlüyə daxil ola bilərik. Bundan çox məmnun olardıq. Hazırda əsas məqsədimiz də budur". 

Stadium.az xəbər verir ki, bu sözləri yığmamızın Mİllətlər Liqasında rəqiblərindən olan Kosovo millisinin qapıçısı Samir Uykani deyib. FİFA-nın saytına açıqlama verən "Rizəspor"un qolkiperi Millətlər Liqasının ilk turunda yığmamızla Bakıda keçirilən görüşü xatırladıb. O, bundan sonra Bakıdakı görüşlə müqayisədə daha yaxşı oynayacalarını bildirib: "Azarkeşlərimiz ilk günlər səbirsiz idilər. Dünya çempionatının seçmə mərhələsində dərhal qalib olacağımızı düşünürdülər. Heç kim pis nəticə gözləmirdi. Bir neçə həftə əvvəl Azərbaycanla görüşdə rəqib hücum edərkən əlimizi yanımıza salaraq arxada oturmuşduq. Bir neçə dəqiqə ərzində topu sadəcə, çıxarırdıq ki, təzyiqin qarşısını alaq. İndi daha az risk edirik, müdafiyə ilə hücum arasında daha tez-tez balans yaradırıq. Daxili liqamız bunda bizə çox kömək edir. Futbolçular böyüyürlər və öz klublarına çağırış edirlər. Bunun da milli komandaya kömək etməsi aydındır"

Kosovo millimizlə Bakıda qolsuz heç-heçə etmişdi. Komandalar arasında növbəti görüş noyabrın 20-də Priştinada keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail