"Arda öz istedadını kanalizasiyaya atdı"

16.10.2018 | 3915 dəfə oxunub

İspaniyanın "Sport" qəzetinin köşə yazarı Xuan Manuel Dias müqavilə ilə "Barselona"ya məxsus olan, icarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turanla bağlı sərt qeyd yazıb.

Stadium.az xəbər verir ki, "Bir kumirin çöküşü" başlığı ilə verilən məqalədə Arda Turan sərt şəkildə tənqid edilib: "Arda yaxşı futbolçu olmaq şansını itirib. Türkiyədə rəzalətə səbəb olaraq, hər şeyin dibinə vurdu. 2015-ci ildə "Barselona"ya keçəndə Türkiyə millisi üçün əvəzolunmaz biri idi. İndi isə adı pisə çıxıb, utancverici hallar yaşayır. Futbolun gerçək tərəfləri Ardanı kölgəyə saldı. "Barselona"da Neymarla İnyestanın kölgəsində qaldı. Komandada ulduz futbolçuların dieta proqramını riayət etmədi, bunu etmək belə istəmirdi. Günlük həyat tərzinə uyğunlaşmadı. İstedad futbolda hər şey demək deyil. Luis Enrikenin gözündən düşdü, millidə arzulanmayan şəxs oldu. Türkiyə - İspaniya yoldaşlıq matçında öz azarkeşləri tərəfindən fitə basıldı. "Barselona"da artıq Arda söhbəti bağlanıb. Super Liqaya dönən kimi, hakimin üstünə bağırdı, təhdidlər etdi. Son olaraq da, gecə klubunda dava-dalaş edib. Daha əvvəl jurnalistlə dalaşmışdı. O, xarakteri olmayan milyonçudur. Ardanın istedadına şübhə yoxdur, amma "Başakşəhər"in də ona ehtiyacı yoxdur. Çünki bu komandanın Super Liqada işləri qaydasındadır. Arda öz istedadını kanalizasiyaya atdı"

"Başakşəhər" ötən mövsüm Arda Turanı "Barselona"da iki illik icarəyə götürüb. 31 yaşlı futbolçu Türkiyəyə qayıtdıqdan sonra bir neçə dəfə qalmaqala səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail