Anar Salmanov: "Mən şəxsən penalti verməzdim"

24.11.2017 | 5904 dəfə oxunub

“Mən olsaydım, birinci epizodda penalti təyin etməzdim. “Davam” işarəsi verərdim. Çünki Rəşad həmin anda qısa tutmadan istifadə etdi”.

Stadium.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında FİFA dərəcəli keçmiş hakim Anar Salmanov deyib. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Qarabağ” – “Çelsi” oyununda qalmaqallı qərarları ilə gündəmə gələn Manuel de Souzanın idarəçiliyinə münasibət bildirən Salmanov referinin kobud səhvlərə yol verdiyini söyləyib:

“Görünür, hakim epizodu tutmaq-dartmaq kimi qiymətləndirdi. Qaydalarda da var ki, qoldan tutmaq-dartmaq varsa və bu rəqibi qoldan məhrum edirsə, penalti və qırmızı vərəqədir. Çünki bu, bilərəkdən rəqibə qarşı edilən hərəkət kimi qiymətləndirilir. Ancaq əgər top uğrunda mübarizədə gecikirsən və qaydanı pozursansa, belə olan halda penalti və sarı vərəqədir. Yenə deyirəm, mən şəxsən penalti verməzdim. Oyunu davam etdirərdim. Çünki Rəşadın fikri topa oynamaq idi. O, əlini atan kimi rəqib futbolçu özünü yerə atdı. Ona görə ki, peşəkardır. Hakim isə buna hazır deyildi. Gərək, oyunun ruhuna uyğun hərəkət edərdi”.

A.Salmanovun fikrincə, referinin ikinci penalti qərarı isə biabırçılıqdır: “İkili mübarizədə Qara “Çelsi”nin futbolçusunu tutur, rəqib topa doğru gedir. Hakim isə oyunu saxlayıb 11 metrlik nöqtəni göstərir. Həmin epizodda portuqaliyalı referi kobud səhvə yol verdi”.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail